Cəmiyyət

Azərbaycanda ən çox hansı qurumların əməkdaşları barəsində cinayət işi açılıb?

17 İyul 2014 12:26
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilən cinayət işlərinin hansı sahələrlə bağlı olduğunu açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İdarənin rəisi Kamran Əliyev İdarə tərəfindən 2014-cü ilin I yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib ki, məhkəmələrə göndərilənlərin arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı barəsində 2 cinayət işi, Əmlak Məsələləri Dövlət Komitəsinin 2 əməkdaşı barəsində 2 cinayət işi, yerli icra hakimiyyətləri orqanlarlarının 2 işçisi barəsində 2 cinayət işi, bələdiyyələrin 3 işçisi barəsində 3 cinayət işi, təhsillə bağlı 10 nəfər barəsində 10 cinayət işi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2 əməkdaşı barəsində 2 cinayət işi, bank və bank olmayan digər kredit təşkilatlarının 8 əməkdaşı barəsində 6 cinayət işi, "Azərenerji" ASC-nin 1 əməkdaşı barəsində 1 cinayət işi, "Azəriqaz" QSC-nin 2 əməkdaşı barəsində 1 cinayət işi, Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Kənd Təsərrüfatı Nazirliyinin 2 əməkdaşı barəsində 1 cinayət işi, ticarət sahəsində çalışan 16 şəxs barəsində 16 cinayət işi, tikinti sektoru üzrə 6 şəxs barəsində 4 cinayət işi, özəl sektorda çalışan 12 şəxs barəsində 12 cinayət işi və digərləri olub.

Qeyd edək ki, 2014-cü ilin I yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə, 4 şəxs barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 4 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 25 iş dələduzluq və digər faktlarla əlaqədar olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.