Cəmiyyət

700 bal toplayan 7 nəfərdən biri - VİDEO

17 İyul 2014 11:49
7 Şərh     Baxış: 4 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qəbul imtahanların nəticəsi bəlli oldu. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, 700 bal toplayan 7 nəfərdən biri Ağsu rayon sakini Nicat Qasımovdur. O, bu uğuru əldə etmək üçün bir çox şeylərdən keçib. Başlıca olaraq müəllimlərinin və valideyinlərinin ona göstərdiyi diqqət və qayğıya laqeyd qalmayıb.

Oxuyub, oxuyub, bütün günü çalışıb. Əlindən heç vaxt kitab düşmədiyini deyən Nicat vaxt itkisinə səbəb ola biləcək butun amillərdən uzaq olub. Ağsuda həkim ailəsində doğulan Nicat Qasımov hələ 8-ci sinifdə oxuyanda həkim olacağına qərar vermişdi. Ailədə valideyinlərin həkim olması hardasa Nicatın da bu peşəyə can atmasında böyük rolu var idi. Baxmayraq ki, ata və ana onun ixtisas seçməsini Nicatın öhdəliyinə buraxmışdı.

O isə valideynlərinin yolunu seçib. Bu uğura ən çox sevinənsə atası Nazim Qasımovdur. Sevinc göz yaşı axıdan ata zəhmətinin bəhərsini gördüyünü deyir. İlk dəfə onlara bu şad xəbəri verən isə təhsil şöbəsinin müdiri Nicatın müəllimi Tahir Xası ailənin bu sevincli günündə onlarla bir yerdə olub. Nicat artıq bacısı ilə bir univeristetdə oxuycaq. Qohum-əqəraba indi Nicatın bu uğrunu böyük coşqu ilə qeyd edir. Baba, nənə nəvələrinin bu uğuru qarşısında sevinc hisləri yaşayır.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.