Azərbaycanda nodulyar dermatit virus xəstəliyinin xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonların heyvan bazarları bağlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, bir müddət əvvəl İraq, Türkiyə və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri ölkəmizin Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında müşahidə olunmaqdadır.
Hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən tədbirlər) müalicə tədbirləri aparılır.
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonların heyvan bazarları bağlanmış, həmin ərazilərdə ciddi şəkildə dezinfeksiya tədbirlər aparılır. Bu işlərin yüksək səviyyədə təşkili istiqamətində yerli rayon icra hakimiyyətləri də yaxından iştirak edirlər.
Nodulyar dermatit xəstəliyi virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin qansorucu həşəratlar vasitəsilə-transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilmişdir. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin baş verməsi ilə səciyyələnir.
Hələlik heyvanlar arasında tələfat müşahidə edilmir. Təsərrüfatlarda mütəmadi olaraq profilaktiki baytarlıq-sanitariya tədbirləri həyata keçirilir.
Dövlət Xidməti əhalinin nəzərinə çatdırır ki, heyvanlar arasında hər hansı narahatçılıq olduğu zaman yerli baytarlıq orqanlarına müraciət olunsun, heyvanların bazara çıxarılmasına yol verilməsin, qansorucu həşəratlara qarşı dezinseksiya tədbirləri davam etdirilsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Çoxsaylı maraqları və faydalı ideyaları olan insanlarla ünsiyyət saxlayın
- Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - VİDEO
- Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
- Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO
- Tarqovuda qəribə görüntü: ərəb turist... - VİDEO
- Günün qoroskopu: Həddən artıq iş görməyə çalışmayın
XƏBƏR LENTİ
- "Uzaq sahillərdə" filminin Anjelikası vəfat etdi - FOTO
- Musson leysanları dəhşət saçdı: Ölənlər var
- Bakıda taksilər kəskin bahalaşdı
- Azərbaycan QHT-ləri 26 ABŞ konqresmeninə Açıq Məktub ünvanladı
- İlham Əliyev Fatih Birolu qəbul edib
- Ermənistanda əsirlikdə olan azərbaycanlıların VİDEOsu yayıldı: NADİR GÖRÜNTÜLƏR
- Meksikada seçki ərəfəsində 26-cı namizəd öldürüldü - FOTO
- Güneyli yeniyetmə fars münsiflərin önündə "Ayrılıq" oxudu, zal qarışdı - VİDEO
- İranın bu ölkəyə notası adi hadisə deyil
- "Sənətin bu hala düşməyinin birbaşa səbəbi..."
- Həccə getmək istəyənlərin NƏZƏRİNƏ! - Qaydalar sərtləşdirilir
- Yaponiyada 5,9 bal gücündə zəlzələ - AES-də nasazlıq baş verdi - YENİLƏNİB
- "Kaş Firəngiz xanım "Bəxt üzüyü 2"də çəkilməzdi, filmi görüb utandım”
- Bu gün bu rayonlarda qaz olmayacaq
- Ərinin ölümünə dözə bilmədi - 17gün sonra... - FOTOlar
- Toy günü bəyin meyiti tapıldı - Atasından açıqlama - FOTOlar
- Xoşbəxtliyin astanasında - iyunun əvvəli bu bürclər çox uğurlu olacaq
- Fitsonu buna görə güllələdilər - Siyarto
- Mələkxanım Eyubova həyat yoldaşı ilə - FOTO
- Bakının mərkəzində avtomobil aşdı - FOTOlar
- "07" Kürə aşdı, 3 nəfər öldü
- İranın bu ölkəyə notası adi hadisə deyil
- Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır
- Ukrayna saat yarıma ABŞ-ı razı saldı: zərbə endirəcək