Cəmiyyət

Bakıda yeni yol çəkiləcək - FOTO

17 İyul 2014 11:28
1 Şərh     Baxış: 1 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolunun çəkilməsi layihəsi 2015-ci ilin əvvəllərində başa çatdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir. Layihə üzrə 4 giriş-çıxışdan ibarət olacaq 1 piyada keçidi, kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri və 5711m uzunluğunda bağlantı yolların tikilməsi nəzərdə tutulub.

Artıq yolun keçdiyi ərazi boyu torpaq işlərinin 70 faizi, asfalt-beton örtüyünün döşənməsi 20 faiz yerinə yetirilib. Hazırda piyada keçdinin, torpaq yatağının və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidlərinin tikintisi davam etdirilir.

Layihənin 2015-ci ilin əvvəllərində başa çatdırılması planlaşdırılır.

Yeni inşa olunacaq bağlantı yolların koməyi ilə Su Oyunlarının keçiriləcəyi əraziyə nəqliyyat vasitələrinin giriş-çıxışı, eyni zamanda yeraltı piyada keçidinin hesabına piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.