Cəmiyyət

Xəzərdə balıqçılar qorxulu anlar yaşadılar

5 İyul 2014 12:45
0 Şərh     Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş balıqçılar xilas ediliblər

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində, Xəzər dənizində 2 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxıb və mühərrikin xarab olması səbəbindən suda batmaq təhlükəsi ilə üzləşiblər.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunublar, qayıq yedəyə alınaraq sahilə gətirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.