Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində, Xəzər dənizində 2 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxıb və mühərrikin xarab olması səbəbindən suda batmaq təhlükəsi ilə üzləşiblər.Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş balıqçılar xilas ediliblər