Gözəllik, yoxsa sağlamlıq: seçim öz əlinizdədir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir zamanda gözəl görünmək üçün qadınlar sağlamlığını düşünmədən çox dar, keyfiyyətsiz materialdan hazırlanan, rahat olmayan geyimlərdən istifadə edirlər. Nəinki qadınlar, kişilər arasında da dəb dalınca qaçanlar, hədsiz dar cins geyinənlər kifayət qədərdir. Mütəxəssislər bildirirlər ki, geyim alarkən ilk növbədə onun dəbli və ucuz olmasına deyil, keyfiyyətli və rahatlığına fikir vermək lazımdır.Dar geyimlər aşağı ətraflarda qan dövranının pozulmasına, qan-damar xəstəliklərinə və əzələlərdə patologiyaya səbəb olur
Terapevt Murad Vəliyevin sözlərinə görə, dar və sıxan alt geyimləri, sinəni qaldıran geyimlər, dar cins və şalvarlar, sıxan qayışlar, korrektə edən istənilən geyimlər zərərli geyimlər sırasındadır: "Bu gün bədəni korrektə edən alt geyimlərin müxtəlif çeşidləri yayılıb. Bir çox qadınlar fəsadları düşünmədən bədən ölçülərini kiçildən korrektə edən geyimlərdən istifadə edirlər. Onlar bu cür geyimlərlə bədənlərini bir-iki ölçü kiçik göstərməyə nail olsalar da, geyim dar olduğu üçün qan dövranı pozulur, onurğa sütünu sıxılır. Korrektə edən geyimlər həzm sisteminin pozulmasına, baş gicəllənmələrinə və özündən getmələrə də gətirib çıxarır. Bu da qanda kifayət qədər oksigenin çatışmaması üzündən baş verir. Müxtəlif və qeyri-adi bir sıra dar və narahat alt geyimləri var ki, qadınlar gözəlliyinə görə aldanıb onları alırlar. Belə alt geyimləri bədəni zədələyir, infeksiyanın yayılmasına şərait yaradır. Çox vaxt da dəbli alt geyimləri sintetik materialdan hazırlanır. Sintetik materiallar isə bakteriyaların çoxalmasını sürətləndirir. Pampıq parçadan olan və rahat alt geyimlərinə üstünlük verilməsi məsləhətdir".
Müsahibimiz əlavə edib ki, düzgün seçilməyən alt geyimləri sinədə xərçəngin əmələ gəlməsinə şərait yaradır: "Son zamanlar bir çox qadınlar sinələrinin ölçüsünü daha böyük göstərən və sinəni yuxarı qaldıran alt geyimləri alır. Lakin alimlər sübut edib ki, bu cür alt geyimləri sinədə xərçəng xəstəliyinin yaranma riskini 20 dəfə artırır. Ümumiyyətlə, selikonlu alt geyimlərini 8 saatdan çox geyinmək məsləhət deyil. Belə ki, uzun müddət belə alt geyimlərini taxmaq qanın dövr etməsini dayandıra, hətta sinədə iltihab prosesini yarada bilər".
M.Vəliyev onu da qeyd edib ki, satışda kifayət qədər dar cins və ya parçadan olan şalvarların yayılmasına baxmayaraq, sağlamlığımız üçün çox təhlükəlidir: "Belə ki, dar geyimlər aşağı ətraflarda qan dövranının pozulmasına, nəticədə qan-damar xəstəliklərinə və əzələlərdə patologiyaya səbəb olur. Qarının daim sıxılması isə hıçqırmaya və tədricən bunun refleks halını almasına gətirib çıxarır".
Onun dediyinə görə, dikdaban ayaqqabılar da təhlükəli geyimlər cərgəsindədir: "Düzdür, dikdaban ayaqqabılar qadının yerişini daha kübar, zərif göstərir. Daban nazik və hündür olduqda qadın çox cazibədar və hündür görünür. Amma bu cür ayaqqabılar ayaqda yastıdabanlıq xəstəliyini yaradır, damar ulduzlarının və damar genişlənməsinin yaranmasına səbəb olur. Dikdaban ayaqqabıların zərəri bununla bitmir. Bu cür ayaqqabılarda gəzmək onurğanı yükləyir ki, bu da onurğada problemlərin yaranmasına səbəb olur. Dikdabanda gəzməkdən ayaqlar özləri də tədricən eybəcər hala düşür, barmaqlarda və ayağın kənarında şişlər meydana gəlir. Dizlərdə problemlər, bel xəstəlikləri də özünü göstərməyə başlayır. Dikdaban ayaqqabılarda gəzmək daxili orqanların yerindən tərpənməsinə, qadın orqanlarında xəstəliklərin yaranmasına və sonsuzluğa da səbəb olur.
Yastıdaban ayaqqabılara üstünlük verdiyini deyən terapevt bildirib ki, heç də bütün altı düz ayaqqabılar zərərsiz deyil: "İlk növbədə fikir vermək lazımdır ki, ayaqqabı rahat olmalıdır. Rahatlığı ilə yanaşı ayaqqabının keyfiyyəti, düzgün tikilməsi də vacibdir. Tamamilə düz alt yastıdabanlığın inkişaf etməsinə şərait yarada bilər. Eləcə də, tamamilə düz altlıq onurğanın yüklənməsinə səbəb olur. Bu da bir sıra xəstəliklərə, baldırlarda problemlərə gətirb çıxarır".
Qeyd edək ki, mini yubkaları bir qayda olaraq, nazik corabla geyinirlər. Həkim bildirib ki, bu isə soyuq havalarda və ya kondisionerli otaqlarda soyuqdəyməyə, qrip xəstəliyinə gətirib çıxara bilər. Aşağı ətrafların soyuğa məruz qalması dəridə portağal effektinin yaranmasına səbəb olur. Ümumiyyətlə, soyuq havalarda çox nazik geyinmək bədənin soyumasına, nəticədə orqanizmin bədənin istiyə ehtiyacı olan hissələrdə daha sürətlə piy ifraz etməsinə gətirib çıxarır.
Dar qayışlar, beldən aşağıda qalan və həmin nahiyəni sıxan geyimlər də sağlamlıq üçün təhlükəlidir. Bir çox qadınlar məhz belinin zərifliyini nəzərə çarpdırmaq üçün dar qayışlar bağlayırlar. Terapevtin dediyinə görə, daxili orqanların hədsiz sıxılması mədə-bağırsaqda, hətta ürəkdə problemlərin yaranmasına gətirib çıxarır. Dar qayışlar beldə əzələləri zədələyir, qan dövranının pozur: "Yaxşı olar ki, sadalanan təhlükəli geyimlərdən imtina etmək istəməyənlər, heç olmasa, bir neçə saatdan sonra həmin geyimləri daha rahatları ilə əvəz etsinlər".
Ekspress.az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Bu gün Naxçıvanda qaz olmayacaq
-
“Dizim ağrıyır, yağış yağacaq” - Bu, doğrudanmı mümkündür?
-
Səhv karta göndərilən pul necə geri alınır?
XƏBƏR LENTİ
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Polis ötən gün 73 cinayətin üstünü açdı - 121 nəfər saxlanıldı
-
Xırdalanda 1 yaşlı körpə 7-ci mərtəbədən yıxılaraq öldü
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
-
Avqustun son günlərində pulları artacaq 3 bürc - Siyahı
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Mehmet Ali Erbilin son halı müzakirə yaratdı - (Foto)
-
Bu gün Naxçıvanda qaz olmayacaq
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Rahim Sterlinq həbs oluna bilər
-
Bakıda yanğın: 36 yaşlı kişi öldü - (Video)
-
Məşhur türk serialı ilə bağlı qərar verildi
-
Niderlandlı ulduz "Beşiktaş"a transfer olundu
-
Koçaryanın oğlu həbs olundu
-
“Dizim ağrıyır, yağış yağacaq” - Bu, doğrudanmı mümkündür?
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”





