Cəmiyyət

Bakıda daha bir yol təmirə bağlanır - XƏRİTƏ - FOTO

2 May 2014 10:16
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Badamdar qəsəbəsindəki Mikayıl Müşviq küçəsi bərbad vəziyyətdədir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib. Onun sözlərinə görə, həmin yolda maşın sürmək mümkünsüzsür. Asfalt örtüyünün dəyişdirilməsinin çoxdan vaxtı çatıb.

Məsələ ilə bağlı saytın əməkdaşı "Azəryolservis" ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, yaxın bir-iki ayda həmin yol təmir ediləcək. Bu məqsədlə yol bağlanacaq. Bununla belə Mürsəliyev dəqiq tarix demədi.

Qeyd edək ki, həmin yol Badamdar dairəsindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi istiqamətinə gedir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.