Bu yaxınlarda Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində "BMW X6" və "Lada Priora" avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayılmasının ardınca DİN onların hər ikisini həbs edib. T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər.
Həmçinin T.Həsənov polis orqanlarından qovulub, atası Əliməmməd Həsənov isə vəzifəsindən çıxarılıb. Bu fakt qanunlara məhəl qoymayan məmur balalarının cəzalandırılacağına, onların atalarının vəzifələrindən qovulacağına əsla şübhə olmamasını sübut edib.
Amma buna baxmayaraq, hələ də məmur övladları öz bahalı avtomobilləri ilə Bakının küçələrində hansı sürətlə şütüdüklərini nümayiş etdirməkdən çəkinmirlər. Bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə yerləşdirirlər və bu yolla öz məharətlərini nümayiş etdirirlər.
Onlardan biri də nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlanlarıdır. Videokadrlara əsasən dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxır. 10 LZ 100 dövlət nömrə nişanlı avtomobil bizim diqqətimizi çəkdi.
Bu məsələ ilə bağlı bir az araşdırma apardıq. Məlum oldu ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlanları Aynar və Elnur Məmmədov qardaşlarına məxsus olan, qiyməti milyonlarla ölçülən avtomobillərinin nömrələri də özlərinə məxsus şəkildədir. Aynar Məmmədov (10-LR-100) Elnur Məmmədov isə (10-LZ-100) serialı dövlət nömrə nişanlı avtomobillərdə gəzirlər. Maraqlısı burasındadır ki, onların bütün avtomobillərində nömrələr eynidir.
Aynar Məmmədovun 10-LR-100 nömrəsilə bizə məlum olan avtomobilləri və onların təqribi qiymətləri bunlardır.
Maserati Quattroporte Sport GT S - 386.000 avro
Maserati Quattroporte - 200.000 avro
BMW M5 - 150.000 avro
Grand Cherokee - 50.000 avro
BMW X6 - 130.000 avro
Mercedes M-Class - 70.000 avro
Fiat 500 - 15.000 avro
Audi Q7 - 136.000 avro
Mercedes Viano - 50.000 avro
BMW 5 Series - 180.000 avro
Land Rover - 60.000 avro
Range Rover - 100.000 avro
BMW X5 - 60.000 avro
Jaguar XF - 75.000 avro
Bu avtomobillərin qiymətləri ümumi hesablandığı zaman 1.662.000 avro məbləğində pul edir.
Bundan əlavə, Aynar Məmmədovun İnstagram səhifəsində yerləşdirilmiş fotolardan birində onun son model "BMW" avtomobili ilə Zığ şossesində saatda 238.2 kilometr sürət yığdığı avtomobilin bort kompüterinin göstəricilərinə əsasən nümayiş olunurdu. A.Məmmədovun İnstagram fotolarından məlum olurdu ki, onun kolleksiyasında "Lamborghini Aventador LP700-4" (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir), "Mercedes CLS 63" (72 min dollar), "Ferrari" (bu maşınların qiyməti 200 min dollardan başlayır) kimi çoxsaylı dəbdəbəli superkarlar yer alır.
Yeri gəlmişkən, Aynar Məmmədovun rəsmi iş yeri Milli Məclisdir. Yəni o, da məmur sayılır. Amma görünən budur ki, deputat oğlunun həyatında ən başlıca yeri qanun layihələri və seçicilər yox, bahalı maşınlar tutur. Buna görə də Aynar Məmmədov maşınlarının sayını getdikcə artırmaqla məşğuldur. Avtomobillərinin qiymətinin 15.000 - 650.000 avro arasında olduğunu nəzərə alsaq görərik ki, Aynar Məmmədov üçün pul məsələsi o qədər də böyük problem deyil. İstədiyi avtomobili almağa qadirdir. Elton Məmmədov 10 ildir ki, deputatdır. Aylıq əməkhaqqını 2000 manat olaraq hesablasaq 10 il ərzində 240.000 manat pul edir. Bu da sadəcə A.Məmmədovun "Maserati" markalı avtomobilinin qiymətini ödəyə bilər.
Deputatın digər oğlu Elnur Məmmədov isə daha "təvazökar" görünür. Çünki onun 10-LZ-100 dövlət nömrə nişanlı avtomobillərinin sayı daha azdır.
Nissan GTR600 Hennessey - 150.000 avro
Nissan GT-R - 140.000 avro
BMW X5 - 60.000 avro
Lexus IS Series - 50.000 dollar
Porsche Panamera - 250.000 avro
Bu avtomobillərin qiymətləri ümumi hesablandığı zaman 650.000 avro edir. Bu qədər pulları haradan qazanmaqları naməlumdur. Elnur Məmmədov daha çox idman sahəsi ilə maraqlanır və bir neçə ay öncə kiq-boksinq üzrə turnirin qalibi olub.
Bir nömrənin bir neçə avtomobildə istifadə edilməsinin qanuni tərəflərini aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxladıq.
Kamran Əliyev musavat.com-a açıqlamasında bildirib ki, nömrə nişanı yalnız bir avtomobildə istifadə etmək olar: "Bir dövlət nömrə nişanını yalnız bir avtomobildə istifadə etmək olar. Daha doğrusu, qeydiyyat şəhadətnaməsində qeyd olunan avtomobildə istifadəsi mümkündür. İkinci və ya üçüncü avtomobildə istifadə etmək üçün qanuni tələblər var. Bəzən olur ki, kimsə avtomobilini başqasıyla dəyişir. Bu zaman avtomobilinin nömrəsini yeni avtomobilində istifadə etmək istəyir. Onun da öz qaydaları var. Belə olduğu təqdirdə rəsmi şəkildə qeydiyyatdan keçirilir və həmin dövlət nişanı yeni avtomobilə təhkim edilir. Vətəndaşın bir neçə avtomobili varsa, onların hər birinin ayrı-ayrı nömrə nişanı olmalıdır. Bir nömrə nişanının eyni zamanda birdən artıq avtomobildə istifadəsi mümkün deyil, bu tamamıilə qanunsuzdur. Əgər elə bir şey aşkarlanarsa, həmin vətəndaş 60 manat məbləğində cərimə ediləcək və 4 bal yazılacaq".
Onu da qeyd edək ki, Aynar Məmmədov 10-LR-100 dövlət nömrə nişanlı avtomobili ilə Ziya Məmmədovun oğlunun toyunda olub və kortejdə yer alıb. Buna sübut olaraq həmin kortejin videogörüntüsünü götürmək olar. Həmin görüntülərdə Aynar Məmmədovun özünə məxsus olan 10 LR 100 dövlət nömrə nişanlı "Maceratti" avtomobili də görüntülənib. Maşının bəzək-düzəyindən də görünür ki, bəylə gəlin də elə məhz bu maşında - əmioğlunun 10 LR 100 nömrəli "Maceratti"sində əyləşiblər.
O ki qaldı bu nömrələrin qiymətlərinə, əgər dövlət tərəfindən açıqlanan qiymətləri nəzərə alsaq, nömrələrə verilən pullar onlar üçün çox kiçik məbləğdir.
Azərbaycanda avtomobillər üçün dövlət nömrə nişanlarının rəsmi qiymətlərini təqdim edirik. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə qiymətlər hərflərin eyni və ya fərqli olmasından asılıdır. Avtomobillərin nömrəsi 001-dən 009-a qədər olan rəqəmlərdən, seriyası müxtəlif hərflərdən ibarət olduqda rüsum 1500, nömrə 001-dən 009-a qədər, seriyası eyni hərflərdən ibarət olduqda rüsum 2500, nömrə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900, seriya müxtəlif hərflərdən ibarət olduqda 1000, nömrə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900, seriya eyni hərflərdən ibarət olduqda 1500, nömrə 111, 222, 333, 444 , 555, 666, 777, 888, 999, seriya müxtəlif hərflərdən ibarət olduqda rüsum 500 manat, nömrə 111, 222, 333, 444, 555, 666, 777, 888, 999, seriya eyni hərflərdən ibarət olduqda isə rüsum 1000 manat müəyyənləşib.
"Mətbuatda mənə aid olduğu bildirilən fotolardaki əks olunan avtomobillərin mənə heç bir aidiyyatı yoxdur".
Bunu AzNews.az-a açıqlamasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov bildirib.
A.Məmmədovun sözlərinə görə, fotolardakı avtomobillər onun dostlarına və tanışlarına məxsusdur: "Fotoların bəzisi mənim "İnstagram" səhifəmdə yerləşdirilib. Ancaq mətbuatda hətta həmin səhifədə olmayan avtomobillərin də fotoları yayılaraq guya həmin maşınların mənə məxsus olduğu iddia olunub. Bunlar mənə atılan böhtandır. Belə məsələlərin ümumilikdə ictimailəşdirilməsinə ehtiyac olmadığını düşünürəm".
"Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar"
Millət vəkili Elton Məmmədov axar.az-a bildirib ki, bu hadisələrə mənim açıqlamamı öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: "Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyib. Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib. Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də Bakıdan 155 kanal vasitəsilə bütün dünyaya canlı yayımlanan "K-1 World Max" turnirinin təşkilatçısı olub. Hazırda da bu idman növünün ölkəmizdə təbliği ilə məşğuldur. Bəs bundan niyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər"
Oxucularımıza əldə etdiyimiz foto və videoları təqdim edirik.
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Bakıdakı bu qardaşlara ərəb şeyxləri həsəd apara bilərlər - VİDEO - FOTO
24 Aprel 2014 10:28
8 Şərh
Baxış: 8 969
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin
- Restoranların bizə təklif etdiyi ucuz setlərin təhlükəsi var?
- Elnur Niftəliyevin qızı Türkiyədə 10 min nəfər arasında birinci oldu - FOTO
- Plastik "cərrahlar" qalmaqalı böyüyür: "Qənirə pul alıb paylaşıb" - İDDİA - FOTO
- 3 milyon insanı sevindirəcək XƏBƏR - Maaş və pensiyalar...
- Bu tarixədək 300 milyon insan öləcək - Alimlər
XƏBƏR LENTİ
- Qışda əllərin dərisini qorumaq üçün nə etmək lazımdır?
- Əməkdar artist vəfat edən anasını paylaşıb bunları yazdı - FOTO
- Berbok boşanır
- Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
- Paşinyan onları istefaya çağırdı
- “Ərim mənə bacı deyirdi” - məşhur aktrisa - FOTO
- Paşinyan: Bu tarixədək Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm
- Efirdə müğənniyə sevgi etirafı etdi - VİDEO
- Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin
- Faraya "plyonka" çəkənlərin nəzərinə!
- Təmirə bağlanan "Ukrayna dairəsi"ndə hansı yeniliklər olacaq? - VİDEO
- Diplomat olduğunu deyən azərbaycanlı saxlanıldı - maşınından 70 kq qızıl çıxdı
- Netanyahu Britaniyaya daxil olarsa həbs olunacaq
- COP-un dəqiq bitəcəyi vaxt açıqlandı
- Müğənni 3+3-ün cavabını bilməsə olar - Əməkdar artist
- “Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” - VİDEO
- Şəkidə itlər üç nəfəri dişlədi - ikisi azyaşlıdır
- İnsanların ən böyük peşmanlıqları - Altı ay ömrünüz qalsaydı...
- Xatirə anası ilə Moskvada - FOTO
- Sosial şəbəkədə yeni dələduzluq - Dostunun nömrəsi ilə yazıb pulunu mənimsədilər - VİDEO
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü - FOTO
- Naxçıvana maneəsiz keçid belə olacaq: Məqbul variant tapıldı
- "Qara cümədə mal alanda sevinməsinlər..." - xəbərdarlıq
- Azərbaycanda alimentin məbləği ARTIRILIR - ARAŞDIRMA - VİDEO