Cəmiyyət

"Qafqaz"ın rektoru ölkədən qovulacaq?

21 Aprel 2014 17:06
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ənvər Özərən ölkədən getməyəcək"

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Ənvər Özərənin vəkili Emin Qurbanov deyib.

Vəkil Ənvər Özərənin Azərbaycandan deportasiya olunacağı ilə bağlı yazılanların hamısının yalan olduğunu bildirib:

"Bu barədə Türkiyə mətbuatında informasiya yayılmışdı. Daha dəqiq desəm, "Aydınlıq" qəzetində çap olunmuşdu. Amma o da təkzibini tapdı. Ənvər Özərinin ölkədən getməsi ilə bağlı yayılan informasiyaların hamısı yalandır".

Qafqaz Univeristetinin İctimaiyyətlə Əlaqələr üzrə prorektoru Natiq Paşa isə yayılan xəbərin, ümumiyyətlə, həqiqəti əks etdirmədiyini söyləyib:

"Ümumiyyətlə, yayılan xəbər tam yalandır. Bu, heç bir həqiqəti əks etdirmir. O, hazırda iş başındadır. Bu gün günortaya qədər İdarə heyətinin iclası keçirilib və rektor da həmin iclasda olub".

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç və digər bir sıra şəxslərin Azərbaycandan deportasiya ediləcəyi ilə bağlı informasiya yayılmışdı.

Qafqaz Universitetinin rektoru Əhməd Sanıç isə yayılan xəbərlərin əvvəllər də olduğunu bildirib. O, bu tip informasiyaların təkrar yayınlandığını söyləyib və yaxın müddətdə Təhsil Nazirliyinin bununla bağlı açıqlama verəcəyini güman etdiyini söyləyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.