Cəmiyyət

Təhsil naziri vətəndaşları qəbul edib

21 Aprel 2014 16:45
0 Şərh     Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil naziri Mikayıl Cabbarov İsmayıllıda Şamaxı, İsmayıllı, Qobustan, Ağsu rayonlarından olan bir qrup sakini qəbul edib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki,  nazir vətəndaşları dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Qəbulda vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib.

Vətəndaşların müraciətləri, əsasən, işlə təminat, diplomların tanınmasında yaranmış problemlər, xaricdə təhsil, yeni məktəblərin tikilməsi və məktəblərin təmiri ilə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həllini tapıb, nazirliyin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.