Cəmiyyət

Bakıda daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər

21 Aprel 2014 14:52
0 Şərh     Baxış: 1 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu axşam Bakıda yolun hərəkət hissəsinin üfqi nişanlanması işlərinin aparılması ilə əlaqədar daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, əgər hava şəraiti normallaşarsa, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Həsənoğlu küçəsində və Fətəli Xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.