Cəmiyyət

MPQ Bakıda internat evində yoxlama apardı

21 Aprel 2014 13:00
Baxış: 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri 18 aprel 2014-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Şağan qəsəbəsində yerləşən Əqli qüsurlu uşaqlar üçün 3 saylı internat evinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə olan uşaqlara qarşı rəftar və saxlanma şəraitinin araşdırılması olub.

Araşdırma zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, şərait və saxlanılanlara qarşı rəftar qənaətbəxş qiymətləndirilib.

Adı çəkilən müəssisə müasir standartlara uyğun şəkildə yenilənib, zəruri avadanlıqlarla təchiz edilib.

Başçəkmənin sonunda internat evinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Həmçinin Ombudsman tərəfindən bəzi təkliflərlə ƏƏSMN-ə müraciət ediləcəyi bildirilib.

Başçəkmədə MPQ üzvləri ilə yanaşı Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev də ekspert qismində iştirak edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.