Cəmiyyət

Adı nurçuluqda hallanan rektor açıqlama verəcək

21 Aprel 2014 12:18
Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda nurçu qalmaqalı ölkə mətbuatının əsas gündəmini tutmaqda davam edir

Fətullah Gülən tərəfdarları arasında Qafqaz Universiteti və onun rektoru Ahmet Sanıçın adı bu qalmaqalda tez-tez hallanır.

Belə ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, rektor Ahmet Sanıçın Azərbaycandan deportasiya edilməsi gözlənilir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı AzVision.az universitetin mətbuat şöbəsi ilə əlaqə saxlayaraq rektorun deportasiya xəbərinə münasibət öyrənməyə çalışıb.

Şöbə müdiri Ceyhun Vəliyev sayta açıqlamasında bildirib ki, bununla bağlı universitetin rəsmi açıqlaması olacaq.

"Hazırda elmi şuranın iclası keçirilir. İclasdan sonra bizim prorektor məsələ ilə bağlı sizə açıqlama verəcək", - deyə C.Vəliyev əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.