Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayonu 201 saylı orta məktəbdə "Vətən mənə oğul desə, nə dərdim..." vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbir iştirakçıları öncə mövzuya uyğun yaradılmış sərgi ilə tanış olublar.
Akt zalında davam etdirilən tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov deyib ki, gənclik hər bir millətin inkişafının təməl daşıdır: "Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır".
Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır: "Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir".
Tədbirdə çıxış edən 201 saylı orta məktəbin direktoru Süsən Salmanova və digərləri qeyd ediblər ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.
Sonra məktəb kollektivinin hazırladığı "Vətən mənə oğul desə, nə dərdim..." adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda, gənc rəssamlar mövzuya uyğun çəkdikləri şəkilləri qonaqlara təqdim ediblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib - FOTO
21 Aprel 2014 11:00
Baxış: 682
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Baş verənləri dramatikləşdirməyə dəyməz
- Benzinlə işləyən avtomobilə dizel vuruldu - Maşın bu hala düşdü - VİDEO
- Deputat: “İşsiz kişi aliment pulunu necə ödəyəcək?”
- Boşanmaların əsas səbəbləri açıqlandı
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - AÇIQLAMA
XƏBƏR LENTİ
- Evlilik təklifnin 3 orijinal yolu: Cavabında mütləq "bəli" eşidəcəksiniz
- İbrahim Rəisinin meyiti bu üzükdən tanınıb - VİDEO
- Məşhur cütlük boşanma şayiələrindən sonra BİR YERDƏ
- Rəisinin helikopterini azərbaycanlılar tapıb – VİDEO
- Günün qoroskopu: Baş verənləri dramatikləşdirməyə dəyməz
- Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
- Ən qəddar cinayətkarın keçmiş arvadı münasibətlərindən DANIŞDI
- "Gəncləşən muğam" layihəsi Gəncədə - FOTOlar
- Hidayət Heydərov: “Sanki Azərbaycanda güləşirdim”
- Masallıda qətldə şübhəli bilinən şəxs saxlanıldı
- Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ
- "Kann"a qatılan türk aktrisaların geyimləri bəyənilmədi: "Yarıçılpaqdırlar" - VİDEO
- Nazir dünya çempionu olan idmançımızı belə təbrik etdi
- ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
- Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir
- Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək
- Kredit götürən ölürsə, varisi bu halda borcu qaytarmır
- Rəisi nə vaxt və hansı şəhərdə dəfn olunacaq?
- Orqanizmə faydalı 5 balıq növü
- Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş Plenum keçirilib - FOTOlar
- Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”
- Roza Zərgərlidən iddialı FOTOlar
- Telefonun enerjisini uzun müddət saxlamağın 8 yolu
- Baş ağrısına dözmək görün nələrə səbəb olur