Cəmiyyət

Paytaxtın balaca sakinəri üçün böyük sevinc - FOTO

21 Aprel 2014 12:10
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Səbail rayonunun 20-ci Sahəsində yerləşən "Turac" uşaq bağçasında əsaslı təmir işləri başa çatıb. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Səbail Rayon İcra Hakimiyyətinin informasiya təminatı və analiz şöbəsinin müdiri İsrafil Kərimov bildirib.

Onun sözlərinə görə, əsaslı təmir işləri müasir standartlara cavab verərək ən yüksək səviyyədə həyata keçirilib.

Təmir işləri çərçivəsində binanın köhnə divarları bərkidilib. Təmirdən öncə bağça 80 nəfər üçün nəzərdə tutulmuşdu. İndi isə yerlərin sayı 100 nəfərə çatdırılıb. Qrupların sayı 5-dən 7-yə çatdırılıb, lazımi invertarlarla təmin edilib.

Bağça artıq istifadəyə verilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.