Cəmiyyət

Göyçayın su və kanalizasiya sistemi yenidən qurulur

18 Aprel 2014 17:17
1 Şərh     Baxış: 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçayda quruculuq-abadlıq işləri davam edir. Mərkəzi və şəhərdaxili yollara asfalt döşənir. Bununla yanaşı, Göyçay şəhərində su və kanalizasiya sistemi də yenidən qurulur. Beşmərtəbəli yaşayış binalarının fasad hissələri təzələnir, onların giriş qapıları bərpa edilir.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, bu günədək 6 beşmərtəbəli yaşayış binasının fasad hissəsi və dam örtüyü müasir üslubda yenidən qurulub, 23 küçədə su-kanalizasiya xəttinin çəkilişi başa çatdırılıb, 18 küçəyə yeni asfalt örtüyü döşənib.

Şəhərdə Heydər Əliyev prospektinin yenidən qurulması işləri davam etdirilir. Prospektin kənarlarında səkilər yenidən qurulur, elektrik dirəkləri dəyişdirilir. Şəhər ərazisində ağac və gül kollarının əkilməsi, çəmənliklərin salınması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.