Cəmiyyət

"Azərenerji"də böyük ixtisarlar başladı?

18 Aprel 2014 10:10
3 Şərh     Baxış: 2 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Etibar Pirverdiyev "Azərenerji"də işçiləri ixtisar edir

İşçilərin ixtisara düşməsi bu dəfə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətində özünü göstərməyə başladı.

Modern.az saytının əldə etdiyi məlumata görə, ASC sədri Etibar Pirverdiyevin göstərişi ilə qurumun bütün rayon şöbələrində ixtisarlara start verilib. Bu məsələ hətta kənd rayonlarında da müşahidə olunur.

Belə ki, "Azərenerji"nin bir sıra rayon şöbələrinin əməkdaşları heç bir əsas göstərilmədən işdən azad olunurlar.

Artıq Bakı və Sumqayıt şəhərləriində də ixtisarlar başlayıb. Məsələ bu şəkildə davam etsə, xeyli insan işsiz qalacaq.

İxtisarların hansı səbəbdən aparıldığını öyrənmək üçün heç olmasa "Azərenerji" ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bir həftədir telefon zənglərinə cavab ala bilmədik.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.