Cəmiyyət

Azərbaycanın uzunömürlülərinə müjdəli xəbər

2 Aprel 2014 13:38
Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda uzunömürlülərə xüsusi imtiyaz verilə bilər

Millət vəkili Elmira Axundovanın Azərbaycanda yaşı 100-dən yuxarı olan insanlar xüsusi müavinətin verilməsi ilə bağlı qaldırdığı təklif dəyərləndirilə bilər.

Milli.Az xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a bilirib ki, bu gün dünyanın heç bir yerində yaşı 100-ü keçmiş insanlara xüsusi müavinətlərin verilməsi ilə bağlı təcrübə yoxdur. "Amma gələcəkdə bununla bağlı nə isə etmək olar".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, belə bir məsələ hələ ki, gündəmdə deyil.

"Biz icraedici orqanıq. Odur ki, bizə bununla bağlı heç bir sənəd daxil olmayıb".

Qeyd edək ki, ölkədə əhalinin son siyahıya alınmasında yaşı 100 olan ahılların sayı 305 nəfər azalıb. 2013-cü ildə uzunömürlülərin sayı bir qədər də aşağı düşüb. Aparılan statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına isə daha çox qadınlar düşüb. Belə ki, onların 24 nəfəri kişi, 814 nəfəri qadındır. Bakı şəhəri üzrə isə 100 və yuxarı yaşda olan şəxslərin sayı 56 nəfərdir. Şəhərin bütün çətinliklərinə sinə gərib uzun ömür sürənlərin hamısı qadınlardır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.