Cəmiyyət

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrlərinin görüşü olub - FOTO

2 Aprel 2014 11:13
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən yeni seçilmiş həmsədri, Parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşmüşdür. Parlament üzvü bu vəzifədə mərhum Lord Freyzeri əvəz etmişdir.

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında keçirilmiş görüşdə, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanov və İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri iştirak etmişlər.

Görüşdə Cəmiyyətin hazırkı fəaliyyəti və inkişaf perspektivlərinə dair həmsədrlər arasında ətraflı fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunmuş, bu fəaliyyətin gələcəkdə də uğurla davam edərək daha yeni sahələri əhatə edəcəyinə əminlik ifadə olunmuşdur. İki ölkənin vətəndaşları səviyyəsində təmasların gücləndirilməsi və işgüzar dairələr arasında əlaqələrin təşviqi sahələrində geniş potensial olduğu vurğulanmışdır.
İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətini müsbət qiymətləndirən professor Nərgiz Paşayeva, qurumun ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində mühüm xidmətlərinin olduğunu qeyd etmişdir. Lord Germanı İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniya tərəfindən həmsədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Nərgiz Paşayeva, onun Cəmiyyətin işinə böyük töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır.

Lord German İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən ona göstərilmiş bu yüksək etimada görə təşəkkürünü bildirmiş, Cəmiyyətin fəaliyyətinin daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən həmsədr, professor Nərgiz Paşayeva ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu vurğulamışdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.