Gəncə şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində YAP Gəncə şəhər təşkilatı qərargahında "dəyirmi masa" təşkil olunub.
Trend yazır ki, tədbirdə təşkilatın sədri Naqif Həmzəyev, Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, tarixçi alimlər və partiya fəalları iştirak ediblər.
"Dəyirmi masa"nı giriş sözü ilə açan N.Həmzəyev 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbərdar olduğunu vurğulayıb. XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni ekspansionizminin geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırım aktları tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra Türkiyə Respublikasının Fırat Universitetinin Orta Şərq Araşdırmalar Mərkəzinin, "Orta Şərq Araşdırmalar" jurnalının Qarabağ xüsusi nömrəsinin təqdimatı keçirilib və jurnallar tədbir iştirakçılarına paylanıb.
Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin dekanı, professor Həsənbala Sadıqov, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, GDU-nun Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev məruzə ilə çıxış ediblər.
Tədbirin sonunda "31 Mart soyqırımı" ilə bağlı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, 29 mart tarixində YAP Gəncə şəhər təşkilatı qərargahında partiya fəalları və gənclərin iştirakı ilə türk rejissor Özhan Erenin senarisi və rejissorluğu ilə çəkilmiş, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş "120" sənədli filmi göstərilib.
Milli.Az
Cəmiyyət
Ermənilərin soyqırım siyasətindən bütün dünya xəbər tutmalıdır
31 Mart 2014 19:30
Baxış: 1 332
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Nissan"ın yenilənmiş avtomobili təqdim edildi - FOTOlar