Cəmiyyət

Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirildi

31 Mart 2014 17:21
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir

Mərasimdən əvvəl 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Trend-in məlumatına görə, mərasimi açan rektor Elmar Qasımov XX əsrin əvvəllərində Qafqazda baş vermiş siyasi hadisələrin tarixindən danışmış, erməni daşnaklarının Naxçıvanda, Dərələyəzdə, Vedidə, Zəngəzurda, Şamaxıda, Qubada, Bakıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri sadalamış, bunların erməni millətinin özgə torpaqlarını mənimsəmək xislətindən irəli gəldiyini qeyd etmiş, ümummilli lider Heydər Əliyevin 1918-ci il mart hadisələrinə siyasi qiymət verilməsi haqqında sərəncam imzaladığını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf yolunda böyük uğurlar əldə etdiyini, beynəlxalq aləmdə ermənilərin çirkin siyasətinin iflasa uğraması üçün miqyaslı və səmərəli tədbirlər həyata keçirildiyini vurğulamış, gəncləri dövlətçilik amalları ətrafında birləşməyə, ölkəmizin maraqlarını daim müdafiə etməyə çağırmışdır.

Mərasimdə çıxış edənlər - kafedra müdiri, professor Arif Məmmədzadə, prorektor, professor Ramiz Hümbətov və dosent Manafəddin Namazov erməni dövlətinin tarixinin saxta mənbələrə söykəndiyini qeyd etmiş, ermənilərin yalanlarına qarşı daim mübarizə aparmağa çağırmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqına məxsus bütün torpaqların geri alınacağına ümidvar olduqlarını bildirmişlər.

Sonda tələbələrin hazırladığı mart hadisələrinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.