Cəmiyyət

Bakı metrosunun rəhbərindən yeni açıqlama

31 Mart 2014 12:54
0 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zaur Hüseynovun mətbuatdan qaçması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur"

Milli.Az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib.

Onun sözlərinə görə, hazırda qurumda struktur dəyişiklikləri həyata keçirilir:

"Mətbuatda gedən məlumatların heç bir əsası yoxdur. Zaur müəllim jurnalistlərdən niyə qaçsın ki? Hazırda qurumda struktur dəyişikliyi həyata keçirilir. Nizamnamə, əsasnamə dəyişilir. 1-2 ay vaxt lazımdır ki, bu işlər sona çatsın. Bundan sonra Z.Hüseynov jurnalistlərlə görüşəcək", - deyə, N.Tanrıverdiyeva əlavə edib.

Qeyd edək ki, mətbuatda "Bakı Metropoliteni" QSC-nin yeni rəisi Zaur Hüseynov barədə tez-tez məlumatlar dərc edilir. Bildirilir ki, Z.Hüseynov mətbuata qapalı adamdır və jurnalistlərdən qaçır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.