Cəmiyyət

Mingəçevirdə "yaşıl soyqırım" - FOTO

31 Mart 2014 15:17
1 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcra başçısı Şəhidlər xiyabanına yaxın parkın ərazisini Moskvada yaşayan iş adamına satıb; parkda çay evi tikdirməsi rayon sakinlərinin etirazına səbəb olub

Bir neçə gündür ki, Mingəçevirin Şəhidlər xiyabanına yaxın parkda ağaclar kəsilir.

Milli.Az xəbər verir ki, bu barədə "Yeni Müsavat"a müraciət edən rayon sakinləri bildiriblər ki, ağacların kəsilməsi ilə bağlı İcra Hakimiyyətinə, rayon bələdiyyəsinə müraciət ediblər.

Amma adları çəkilən qurumlar nədənsə bu məsələ ilə bağlı maraqlanmaq istəməyiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edən sakinlərin sözlərinə görə, nazirlikdən onlara bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

Mingəçevir sakinləri ağacları kəsdirənin kimliyini də öyrənə biliblər. Bu, əslən Ağdamdan olan, hazırda Moskvada yaşayan iş adamı Mübariz Qubadovdur. Sakinlər iddia edirlər ki, M.Qubadovun işlərini mingəçevirli dostu Fəxrəddin adlı şəxs idarə edir. Fəxrəddin icra başçısı Niyazi Bayramova yaxınlığı ilə tanınır. Rayonda boş torpaq sahəsi tapmaq müşkülə çevrildiyindən icra başçısı Şəhidlər xiyabanına yaxın parkın bir hissəsini ona satıb.

Redaksiyamıza şikayət edən rayon sakinləri deyirlər ki, onsuz da, rayonda yaşıllıq çox azdır. Sözügedən park rayon sakinlərinin yayda istirahət etdiyi məkanlardan biridir. İndi bu parkı dağıdıb yerində çay evi tikmək istəyirlər.

Sakinlər isə icra başçısı Niyazi Bayramovla neçə aydır görüşə bilmədiklərini deyirlər. "Jam.az"ın məlumatına görə, buna səbəb kimi onun davamlı olaraq ziyafət məclislərində olması göstərilir.

Bazar günü olduğu üçün Mingəçevir Şəhər İcra hakimiyyətindən məsləyə münasibət öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.