Milli.Az anspress-ə istinadən martın 2-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 02 mart 2014
Hicri: 30 rəbiul-axir 1435
İlin 62-ci günü
İlin sonuna 304 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.02
Günəş - 07.11
Zöhr - 12.56
Əsr - 16.30
Məğrib - 18.47
İşa - 20.03
Dünyada olan hadisələr
1992 - Azərbaycan BMT-yə üzv qəbul olunmuşdur.
1995 - Yahoo! Şirkəti qurulub.
Azərbaycanda olan hadisələr
1995 - Azərbaycan Respublikası Burundi ilə diplomatik əlaqələr qurmuşdur.
Doğumlar
1316 - II Robert, Şotlandiya kralı, Stüartlar sülaləsinin şotland taxt-tacında qalxmış ilk nümayəndəsi (ö. 1390).
1459 - VI Adrian (əsl adı Utrextli Adrian Dedel-Florens), Roma Papası (ö. 1523).
1545 - Tomas Bodli, ingilis diplomat və Oksforddakı "Bodli kitabxanası"nın (Bodleian Library) yaradıcısı (ö. 1613).
1760 - Kamil Demulen, Böyük Fransa İnqilabı xadimi (ö. 1794).
1770 - Lui Qabriel Süşe, Albufer hersoqu, Fransa marşalı və peri (ö. 1826).
1793 - Sem Hyuston, amerikalı siyasətçi və dövlət xadimi, Texas respublikasının 1-ci və 3-cü prezidenti (ABŞ-ın Hyuston şəhərinə onun adı verilmişdir) (ö. 1863).
1800 - Yevgeni Baratınski, rus şair (ö. 1844).
1810 - XIII Lev (əsl adı Viçenso Coakino Raffaele Luici), Peççi qrafı, 1878-1903-cü illərdə Roma Papası (ö. 1903).
1820 - Eduard Douves Dekker, (ədəbi təxəllüsü "Multatuli"), niderland ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri (ö. 1887).
1824 - Bedrjix Smetana, çex bəstəkar, milli çex operasının banisi (ö. 1884).
1824 - Konstantin Uşinski, rus pedaqoq-demokrat, Rusiyada elmi pedaqogikanın banisi (ö. 1871).
1859 - Şalom-Aleyxem (əsl adı Şalom Noxumiviç Rabinoviç), yəhudi yazıçı, idişdə yazılan ədəbiyyatın klassiki (ö. 1916).
1862 - Boris Qolitsın, rus fizik, Rusiya EN-nın akademiki (ö. 1916)..
1874 - Karl Şlexter, avstriyalı şahmatçı (ö. 1918).
1876 - XII Piy (əsl adı Eucenio Mariya Cuzeppe Covanni Paçelli), 1939-1958-ci illərdə Roma Papası (ö. 1958).
1897 - Mixail Morozov, rus ədəbiyyatşünas, teatrşünas və teatr tənqidçisi, pedaqoq, sovet şekspirşünaslığının əsasının qoyanlardan biri (ö. 1952).
1900 - Kurt Veyl, alman bəstəkar və dirijor (ö. 1950).
1904 - Teodor Syuz Qeyzel (ədəbi təxəllüsü "Həkim Syuz"), amerikalı uşaq yazıçısı (ö. 1991).
1907 - Dmitri Kedrin, rus şair (ö. 1945).
1908 - Fyodor Oxlopkov, yakut əsilli sovet snayperi, Sovet İttifaqı milli qəhrəmanı (ö. 1968).
1908 - Valter Brux, alman elektrotexniki, alman televiziyasının qurucularından biri (ö. 1990).
1919 - Cennifer Cons (əsl adı Filis Flora Ayli), amerikalı kinoaktrisa, "Oskar" mükafatı laureatı, "Qızıl Qlobus" mükafatı almış ilk aktrisa.
1919 - Tamara Tumanova, gürcü əsilli balerina və aktrisa (ö. 1996).
1925 - Yefim Qeller, sovet şahmatçısı, beynəlxalq qrossmeyster, şahmat üzrə SSRİ çempionu (ö. 1998).
1926 - Mürrey Rotbard, amerikalı iqtisadçı (ö. 1995).
1930 - Sergey Kovalyov, rus hüquq müdafiəçisi.
1931 - Mixail Qorbaçov, SSRİ-nin birinci və sonuncu prezidenti.
1931 - Tom Vulf, amerikalı jurnalist və yazıçı, Amerika jurnalistikasında "yeni jurnalizm"in əsasını qoyanlardan biri.
1936 - İya Savvina, rus teatr və kino aktrisası, SSRİ-nin xalq artisti.
1937 - Əbdül Əziz Buteflika, Əlcəzair prezidenti.
1938 - Vyaçeslav Zaytsev, rus modelyer.
1938 - Rikardo Laqos, Çilinin 33-cü prezidenti (11 mart 2000 - 11 mart 2006).
1939 - İrina Boqaçyova, rus opera müğənnisi.
1941 - Con Finç, ingilis teatr və kino aktyoru.
1942 - Con Uinslou İrvinq (əsl adı Kiçik Con Uollas Blant), amerikalı yazıçı və ssenarist.
1942 - Lu Rid, amerikalı rok-musiqiçi, vokalçı və gitaraçı.
1942 - Lyuk Plamondon, fransız şair, bir çox mahnı mətnlərinin müəllifi.
1943 - Piter Straub, amerikalı yazıçı.
1947 - Henri Ceyms Rednapp, ingilis futbolçu və futbol məşqçisi.
1948 - Rori Qallaxer, irland blüz-rok gitaraçı (ö. 1995).
1950 - Karen Karpenter, amerikalı estrada müğənnisi (ö. 1983).
1955 - Ken Salazar, amerikalı siyasətçi, Kolorado ştatından ABŞ senatoru.
1955 - Syoko Asaxara, yapon dini sektası "Aum Sinrikyö"nün yaradıcısı.
1960 - Məzahir Rüstəmov, Azərbaycan Milli Qəhrəmanı (ö. 1992).
1960 - Mixail Tyurin, rus təyyarəçi-kosmonavt, Rusiya Federasiyası qəhrəmanı, "Soyuz TMA-9" gəmisinin komandiri, MKS-in ("Mir" Kosmik Stansiyası) bort mühəndisi.
1962 - Con Bon Covi, amerikalı rok müğənni.
1962 - Xiroyuki Morioka, yapon yazıçı, fantast.
1968 - Deniel Kreyq, ingilis aktyor, məşhur casus Ceyms Bond rolunun ifaçılarından biri.
1970 - Çiriako Sforsa, isveçrəli futbolçu, futbol məşqçisi.
1970 - Vibi Suryadi, holland pianoçu, bəstəkar.
1973 - Deyan Bodiroqa, məşhur serb basketbolçu.
1977 - Kris Martin, "Coldplay" qrupunun vokalçısı.
1979 - Demyen Daff, irland futbolçu, İrlandiya Milli Futbol Komandasının oyunçusu.
1979 - Sergey Davıdov, rus əsilli Belorusiya fiqurlu konki sürəni.
1980 - Aleksey Juk, belorus həndbolçu, qapıçı.
1980 - Edson de Jezuş Nobre, anqola futbolçusu.
1981 - Brays Dallas Hovard, amerikali kinoaktrisa.
1982 - Kevin Kuranyi, alman futbolçu.
1982 - Henrik Lundkvist, isveçli peşəkar hokkeyçi, qapıçı.
1988 - Mettyu Mitçem, avstraliyalı suya tullanan, 10 metr hündürlükdən suya tullanmaq üzrə 2008-ci il olimpiya çempionu.
Ölümlər
1333 - Vladislav Loketek, Polşa kralı (d. 1260/1261).
1617 - Robert Abbot, ingilis ilahiyyatçı (d. 1560).
1788 - Salomon Qesner, isveçrəli şair və rəssam (d. 1730).
1817 - Cakomo Kvarenqi, italyan memar (d. 1744).
1835 - II Frans, Müqəddəs Roma İmperiyasının imperatoru, Avstriya imperatoru, macar və çex kralı (d. 1768).
1855 - I Nikolay, Rusiya imperatoru.
1862 - İvan Panayev, rus yazıçı və jurnalist.
1864 - Dmitri Bludov, rus yazıçı, diplomat, qraf, daxili işlər naziri (1832-1839), Dövlət Şurasının başçısı (1861-1863) (d. 1785).
1887 - Avqust Vilhelm Eyxler, alman botanik, geniş tətbiq olunan bitkilər təsnifatının yaradıcısı (d. 1839).
1961 - Əkbər ağa Şeyxülislamov, azərbaycanlı mühəndis, Azərbaycan Milli Şurasının üzvü (d. 1891)
2005 - Elmar Hüseynov, azərbaycanlı jurnalist, "Monitor" jurnalının baş redaktoru (d. 1967).
2009 - Juan Bernardu Vieyra, Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009) (d. 1939)s, FARK-ın (Kolumbiya İnqilabi Silahlı Qüvvələri) liderlərindən biri (d. 1948).
2012-ci ildə Türkiyənin baş nazirinin müşaviri Qeybulla Qeybullayev vəfat edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin
- Restoranların bizə təklif etdiyi ucuz setlərin təhlükəsi var?
- Elnur Niftəliyevin qızı Türkiyədə 10 min nəfər arasında birinci oldu - FOTO
- Plastik "cərrahlar" qalmaqalı böyüyür: "Qənirə pul alıb paylaşıb" - İDDİA - FOTO
- 3 milyon insanı sevindirəcək XƏBƏR - Maaş və pensiyalar...
- Bu tarixədək 300 milyon insan öləcək - Alimlər
XƏBƏR LENTİ
- Paşinyan Poqosyana yüksək vəzifə verdi
- Gündüzün günorta vaxtı səmada qeyri-adi görüntü - VİDEO
- "Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahuya dair qərarını tanımır"
- Məsciddə dəhşət yaşandı - namaz qılan 12 dindarı öldürdülər
- Xuraman həyat yoldaşı ilə - FOTO
- Müştərinin kərə yağı adı ilə adığı məhsul "maşın yağı" çıxdı - AQTA-dan açıqlama
- İdeal səhər yeməyi necə olmalıdır?
- “Danışmağa qoymursan…” - Müğənni Zümrüdə əsəbiləşdi - VİDEO
- Taksi sürücüləri sərnişinləri harada düşürüb – mindirə bilər? - VİDEO
- İndi kişi falçılar daha çoxdur: “Cadu üçün kilolarla qızıl alırlar" - araşdırma
- "Özünə hörmət edən sənətkar efirə çıxmır"
- Həftəsonu evdə görəcəyiniz 3 maraqlı İŞ
- Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Messinin arvadından maraqlı FOTOlar
- Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
- Aysel Balidə dekolteli geyimdə FOTOlarını paylaşdı
- Qışda əllərin dərisini qorumaq üçün nə etmək lazımdır?
- Əməkdar artist vəfat edən anasını paylaşıb bunları yazdı - FOTO
- Berbok boşanır
- Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
- Paşinyan onları istefaya çağırdı
- “Ərim mənə bacı deyirdi” - məşhur aktrisa - FOTO
- Paşinyan: Bu tarixədək Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm
- Efirdə müğənniyə sevgi etirafı etdi - VİDEO