Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meyitxanaya atılan azərbaycanlı necə dirildi?
20 Fevral 2014 17:42
3 Şərh
Baxış: 2 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Asim Rəsulovun 35 yaşı var. Qazaxıstanda başından aldığı zərbədən sonra görmə qabiliyyətini itirib, sərbəst yeriyə bilmir. Dörd ildir sağalmaq üçün mübarizə aparır.
Anası Nazilə Rəsulova APA TV-yə deyib ki, onların ailə faciəsi 2004-cü ildə, həyat yoldaşının ölümü ilə başlayıb. Həmin vaxt Asim və qardaşı Rasim bir neft şirkətində işləyirmişlər. 2005-ci il dekabrın 23-də Qazaxıstana ezamiyyətə göndərilən Rasim mindiyi təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirir. Qardaşının ölümündən bir il sonra isə Asim ixtisara düşür. 2008-ci ildə "Tekfen Holding"-də özünə iş tapan Asim Qazaxıstanın Atrau şəhərinə göndərilir. İşini yaxşı bacardığından, onu Levent Nihat Bozqurd adlı Türkiyə vətəndaşı Atraudan Astanaya - öz şirkətinə dəvət edir. Asim razılaşır. Ancaq şərt qoyur ki, burAda çox işləyə bilməyəcək, anası Bakıda təkdir. Bir müddətdən sonra Asim öz rəisinə Bakıya qayıtmaq fikrində olduğunu deyir, şirkətdən alacağını istəyir
Asim Rəsulov deyir ki, şirkət pulunu nağd verməyib: "Dedilər ki, əvvəlcə Karakandaya gedib, əşyalarımı yığım, pul lazım olduğunu desəm də, vermədilər".
Asim yaşadığı yerə qayıdır. Kirayə qaldığı evin qapısını açanda, başına küt alətlə vururlar. Huşunu itirdikdən sonra sinəsindən bıçaqlanır. Onu iki gün sonra yaşayış yerindən uzaqda, qarın içində tapırlar.
"2010-cu il fevralın 2-də Asimi tanıyan bir nəfər azərbaycanlı bizə zəng etdi ki, Asimi vurublar, ölüb".
Asimi yiyəsiz meyit kimi morqa atıblar. Sonra morqda ürəyinin döyündüyünü biliblər. Həkimlərin səyi nəticəsində Asim həyata qayıdıb. İki ay komada qalıb. Ailəsi Qazaxıstana gedir: "Ərizə yazdım ki, uşağı bu günə qoyana ən ağır cəzanı istəyirəm. Orada 5-6 dəfə polislər gəldi. Asim heç kimi tanımırdı, danışmırdı. Danışa bilmirdi. Polislər gəlirdi ki, özü danışsın, görək bunu kim vurub, niyə eləyib. Bu da danışa bilmirdi deyə, götürdük gəldik Azərbaycana".
Asim 3 il ildir, nə danışır, nə hərəkət edir. Uzun müddət aparılan müalicə nəticəsində irəliləyişə nail olub. Bakıya gəldikdən sonra, Qazaxıstan hüquq-mühafizə orqanları iki dəfə Asimgilə zəng edib, amma özü danışa bilmədiyi üçün onlara izahat vermək mümkün olmayıb.
Asim komada olanda Levent Nihat onun əmək haqqının qalığını ailəsinə ödəyib.
Asim Levent Nihatın şirkətində sənədsiz işləyirmiş. Anası deyir ki, özləri birtəhər dolanırlar.. Amma Asimin xəstəliyi olmasaydı...
"Gözü görmür, gəzmir".
Nazilə Rəsulovanın sözlərinə görə, Asimin İsraildə sağalmasına 60-70 faiz zəmanət verilir. O, Bakıya yeriyərək gələ bilər, gözləri də görər. Ancaq bu müalicə üçün 80 min dollar lazımdır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır