Avropa Parlamentində "Azərbaycan: Sülh Yurdu" adlı sərgi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trend-in Avropa Azərbaycan Cəmiyyətinə (AAC) istinadən verdiyi məlumata görə, açılış kokteyli Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Belçika ofisi və Avropa Parlamentinin Yunanıstandan olan deputatı Niki Tzavela tərəfindən təşkil olunub.Avropa Parlamentində Azərbaycanın adət-ənənələri, həyat tərzi, mədəniyyət və tarixini əks etdirən 100 fotoşəkildən ibarət "Azərbaycan: Sülh Yurdu" adlı sərgi keçirilib
Açılış mərasimində Avropa Parlamentinin deputatları, Avropa Şurasının üzvləri, diplomatlar, Avropa Parlamenti tədqiqatçıları və jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Avropa Parlamentinin İtaliyadan olan deputatı Fiorello Provera bildirib: "Avropa İttifaqı və Azərbaycan əsasən enerji məsələlərində daha da yaxınlaşır və İtaliya artıq Azərbaycanın əhəmiyyətli tərəfdaşı olub".
Avropa Parlamenti deputatının sözlərinə görə, Azərbaycan gözəl landşaftı, dağları və şəhərləri olan maraqlı tarixi torpaqdır: "Xanım Tzavela Azərbaycanın sülhpərvərliyini və tolerantlığını nümayiş etdirmək üçün bu sərgisini təşkil edib və bu, fotoların əksəriyyətində çox aydın görünür".
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin başçısı Fuad İsgəndərov Azərbaycanı Avropa Parlamentinin üzvlərinə tanıtmaqdan çox şad olduğunu bildirib. Səfir Azərbaycan hökuməti ilə "Şahdəniz" konsortiumu arasında imzalanan yekun investisiya qərarından söz açaraq bildirib ki, bu qərar Cənub Qaz Dəhlizinin tikintisini reallığa çevirəcək: "Növbəti illərdə Azərbaycan qazı dünyada ən bahalı infrastruktur vasitəsilə Avropaya göndəriləcək. Cənub Dəhlizinin inkişafı Aİ istehlakçıları üçün qazın qiymətini aşağı salmağa kömək edəcək".
Səfir, həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə və 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımına baxmayaraq, Azərbaycan öz sabitliyini qoruya və inkişaf edə bilib.
Azərbaycanın millət vəkili Asim Mollazadə də tədbirdə çıxış edərək deyib ki, Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də erməni işğalı altındadır: "Bütün beynəlxalq sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı perspektivləri dəstəklənir. Biz Aİ-nin bu münaqişəyə diqqət yetirəcəyinə və ədalətli həllinə çalışacağına ümid edirik".
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı üzrə nümayəndəsi Arif Məmmədov, AAC Brüssel ofisinin rəhbəri Roman Huna və digərləri də tədbirdə çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Tədbirdə azərbaycanlı skripka ifaçısı Sabina Rakçeyeva və "Deco" ansamblı tərəfindən Azərbaycanın tanınmış bəstəkarı Vaqif Mustafazadə, argentinalı bəstəkar Astor Piazzollanın əsərləri və Azərbaycan milli musiqisi ifa edilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





DİGƏR XƏBƏRLƏR
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq





