Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbində tələbələr üçün təqdimat keçirildi - FOTO
4 Dekabr 2013 16:02
Baxış: 1 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Schlumberger" şirkətinin Rusiya və Mərkəzi Asiya regionunun kadrlar üzrə vitse-prezidenti Aydın Kərimov və Azərbaycan üzrə kadrlar şöbəsinin rəhbəri Səbinə Tağıyeva Bakı Ali Neft Məktəbində olub.
Ali məktəbdən Trend-ə verilən məlumata görə, qonaqları qəbul edən rektor Elmar Qasımov onlara yaranma tarixi 2 il olan Bakı Ali Neft Məktəbinin fəaliyyətində əldə edilmiş uğurlar, "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyi, qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərin ali məktəbə müstəsna maraq göstərdiyi, 2012-ci ildə tələbələrdən 11, 2013-cü ildə isə 15-nin Prezident təqaüdünə layiq görüldüyü, 2013-cü ildə yeni "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına tələbə qəbulunun həyata keçirildiyi haqqında məlumat verib.
İki il əvvəl yaradılmasına baxmayaraq artıq Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran Bakı Ali Neft Məktəbində olduğundan məmnunluq hissləri keçirdiyini bildirən "Schlumberger" şirkətinin Rusiya və Mərkəzi Asiya regionunun kadrlar üzrə vitse-prezidenti A.Kərimov şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini bildirib və şirkətin kadr siyasəti haqqında məlumat verib.
Görüşdə Bakı Ali Neft Məktəbi ilə "Schlumberger" şirkəti arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər müzakirə olunub və şirkətin müxtəlif təyinatlı proqram təminatının tədrisdə istifadə edilməsi haqqında razılıq əldə edilib.
Daha sonra A.Kərimov və S.Tağıyeva akt zalında "Schlumberger" şirkətinin yaranma və inkişaf tarixi, şirkətin karbohidrogen ehtiyatlarının hasilatı ilə məşğul olan qurumlarla əməkdaşlıq çərçivəsində gördüyü işlər, onun fəaliyyətinin coğrafiyası, şirkətdə işə qəbul edilmə qaydaları, kadrların seçilib yerləşdirilməsi siyasəti və şirkətin strukturlarında iş tapma perspektivləri haqqında tələbələrə məruzə edib və onların çoxsaylı suallarını cavablandırıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
“Dünya TV” cərimələndi
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama