Paytaxtda benzinə limit qoyulub? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi yanvarın 1-dən etibarən "Avro- 3" ə keçidlə bağlı ölkədə yanacağın qiymətinin qalxma ehtimalı var. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə bildirib."Yeni Müsavat"ın əməkdaşı bu məsələni araşdırmaq üçün bir neçə YDM-də olub
Bu arada gəzən söz-söhbətlərə görə, yanacaqdoldurma məntəqələrində benzini limitlə verirlər. Bu barədə bizimlə söhbət edən sürücülər yanacaqdoldurma məntəqələrində benzini istədikləri qədər deyil, limitlə aldıqlarını söylədilər.
Məsələ ilə bağlı paytaxta fəaliyyət göstərən "LUKoil" və "Azpetroll" şirkətlərinin bir neçə yanacaqdoldurma məntəqəsinə baş çəkib qiymətlərlə və sürücülərin səsləndirdiyi iddialarla maraqlandıq. Metronun "Əhmədli" stansiyası yaxınlığında yerləşən "LUKoil" yanacaqdoldurma məntəqəsinin baş direktoru Şahin (soyadını açıqlamadı.H.K) bu barədə onlarda hər hansı məlumat olmadığını və yanacağa heç bir limit qoyulmadığını bildirdi: "Bizdə yanacağın qiymətinin artırılacağı ilə bağlı hər hansı məlumat yoxdur. Yanvarın 1-dən də qiymətlər qalxsa, təbii ki, biz də yeni qiymətlərə keçəcəyik. Amma hazırda qiymətlərdə heç bir artım yoxdur. O ki qaldı sürücülərin səsləndirdiyi fikirlərə, qeyd edim ki, bizim yanacaqdoldurma məntəqəsində heç bir limit yoxdur. Hər kəs istədiyi qədər yanacaq ala bilər. Bu fikirlər şayiədir ".
Metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin baş direktoru Adəm Fətullayev də səsləndirilən iddiaların doğru olmadığını bildirdi: "Bizdə yanacaqla bağlı heç bir problem yoxdur. İstənilən sürücü istədiyi qədər benzin ala bilər. Bu barədə hər hansısa məhdudiyyət, limit qoyulmayıb. Ancaq bir istisna hal var ki, biz kauçuk qablarda yanacaq satışına qadağa qoymuşuq. Çox güman ki, sürücülər də bu qadağanı limit kimi başa düşüblər".
Yanvarın 1- dən "Avro- 3" ə keçidlə bağlı yanacağın qiymətinin artırılacağına gəlincə isə Adəm Fətullayev dedi ki, bu haqda bizdə heç bir məlumat yoxdur: "Bu haqda bizim heç bir informasiyamız yoxdur. Ona görə də heç nə deyə bilmərəm. Ümumiyyətlə, rəsmi icazə olmadan bizim hər hansısa açıqlama vermək hüququmuz yoxdur. Yaxşı olar ki, məsələ bizim baş ofisimizə müraciət edəsiz". Sürücülər isə yanacağın bahalaşması ilə bağlı yayılan informasiyadan narahat olduqlarını bildirdilər.
Milli.Az







DİGƏR XƏBƏRLƏR
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
XƏBƏR LENTİ
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?





