İran və Gürcüstandan Azərbaycana gələnlərin sayı 3-4% azalıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sərgi aprelin 4-nə kimi davam etdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan sərgi üç gün ərzində turizm sahəsi üzrə danışıqların aparılması, görüşlərin keçirilməsi, fikir və təkliflərin mübadiləsi üçün imkan yaratdı. Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, xarici qonaqlar və digər rəsmi şəxslər iştirak ediblər. AITF-2015 sərgisində dünyanın 40 ölkəsindən 350-dən çox şirkət 70 turizm istiqaməti üzrə öz təkliflərini təqdim edib. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və spa prosedurları mərkəzləri, idman və ekoloji turizm obyektləri vardı. Sərgidə 18 ölkə öz milli stendi ilə iştirak etdi.
Sərgidə Azərbaycan 13 regionunun stendləri ilə təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyinə məxsus 40 kv.m ərazidə stend qurulub və burada nazirliklə yanaşı, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Baku şəhər turu, Şahdağ Turizm Mərkəzinin nümayəndələri köşklərlə təmin olunub.
Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA) tərəfindən də dəstəklənib. Sərginin təşkilatçıları qismində "İteca Caspian LLC" və onun Böyük Britaniyalı tərəfdaşı "İTE Group Plc" şirkətləri çıxış ediblər.
Yay turizm mövsümü zamanı turizm obyektlərində bahalaşma olmayacaq
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılışında jurnalistlərə bildirib ki, monitorinq zamanı otellərdə qiymət artımı qeydə alınmayıb: "Bəlli olub ki, otellərin xidmət keyfiyyəti artıb. Ötən ilə nisbətən bu il heç bir oteldə bahalaşma olmayıb. İnanıram ki, yay turizm mövsümü zamanı da otellərdə, turizm obyektlərində bahalaşma olmayacaq. Çünki buna əsas yoxdur. Hətta yeni açılan otellərdə turistlərə xüsusi imtiyazlar və cəlbedici təkliflər olunur. Nazirlik yeni turist marşrutlarının formalaşdırılmasına xüsusi önəm verir. Hazırda tarixi abidələrin qorunması və həmin yerlərə turistlərin cəlb edilməsi istiqamətində işlər aparırıq".
Ə. Qarayev dolların manata nisbətən məzənnəsinin bahalaşmasının turizm obyektlərinə təsirinə də aydınlıq gətirib: "Bakıda və regionlarda otellər tərəfindən manatla göstərilən xidmətlərdə heç bir qiymət dəyişikliyi yoxdur".
Turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb
"Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb və müvafiq dövlət orqanlarına təqdim olunub, - deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, qanun layihəsi ilə bağlı razılaşmalar aparılır. - Yeni qanun layihəsi bu il Milli Məclisin müzakirəsinə çıxarılacaq. Yeni layihədə turistlərin təhlükəsizliyi, sığortası sahəsində məsələlər öz əksini tapıb. Hazırkı turizm qanununda təhlükəsizlik və sığorta ilə bağlı məsələlər əks olunmayıb. Ona görə də biz bunun üzərində ciddi çalışırıq".
Nazir əlavə edib ki, indiyədək turistlərin təhlükəsizliyi ilə əlaqədar heç bir xoşagəlməz hadisə baş verməyib: "Turizm şirkətlərinə lisenziya verilərkən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu məsələyə xüsusi önəm verilir. Eyni zamanda Azərbaycanda indiyə qədər heç bir turizm şirkəti müflisləşməyib. Çünki hər hansı turist şirkəti təsis olunursa, deməli, o, iqtisadi əsaslara söykənir".
Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur
Son aylar ərzində Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur", - deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib: "Bu, bütün dünyada baş verən prosesdir, biz də bunu etiraf edirik və burada heç bir problem görmürük".
Onun sözlərinə görə, Rusiyadan bütün ölkələrə gedənlərin sayı azalıb. Nazir eyni zamanda müəyyən iqtisadi və digər səbəblərə görə İran və Gürcüstandan da Azərbaycana gələnlərin sayının təxminən 3-4% azaldığını deyib.
"Amma digər ölkələrdən coğrafi baxımdan daha geniş zonanı əhatə edirik. Qərb, şərq və ərəb ölkələrindən Azərbaycana gələn turistlərin təxminən 5-15% artmasını müşahidə edirik. Təbii ki, bu, qonşu dövlətlərdən gələnlərin sayını kompensasiya etmir. Çünki oradan gələnlərin sayı daha çoxdur", - nazir vurğulayıb.
Dövlətin əsas məqsədinin rəqəmlər əldə etmək deyil, müxtəlif bölgələr, şirkətlər, daha geniş coğrafiyanın Azərbaycana cəlb olunması, eyni zamanda, azərbaycanlıların ölkə daxilində səyahət etməsi üçün lazımi şəraitin yaradılması olduğunu vurğulayan Ə.Qarayev qeyd edib ki, bu ildən etibarən daxili turizmin statistikasına ciddi yanaşılacaq. "Bu il yerli statistikanı uğurlu şəkildə təhlil edə bilsək, o zaman daxili statistikanı da apara biləcəyik", - nazir əlavə edib.
DİGƏR XƏBƏRLƏR
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
“Dünya TV” cərimələndi
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





