Öldürücü libas - ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gözəl və rəngarəng geyinmək hər insanın, xüsusən də qadınların diqqət etdiyi əsas amillərdəndir. Qədim dövrlərdə insanlar geyimdən yalnız ətraf mühitdən qorunmaq üçün istifadə etsələr də, müasir dövrdə geyimin xarici gözəlliyi təmin etməkdə çox böyük rolu var. Lakin bu gün geyim bazarında tüğyan edən qiyməti ucuz, keyfiyyətsiz məhsullar istehlakçıların sağlamlıqlarını risk altında qoyur.Əsasən Çindən gətirilən ucuz və bər-bəzəkli geyimlər insan orqanizmi üçün çox təhlükəlidir
Rəngli geyimlərdə xərçəng riski
Onkoloji xəstəliklər üzrə professor Dr. Mehmet Şəkər Türkiyə mətbuatına verdiyi məlumatda geyimlərdə istifadə edilən kimyəvi maddələrin, xüsusən "azo birləşmələrinin" təyin olunandan çox istifadə edilməsinin xərçəngə yol aça biləcəyini söyləyib. Onun sözlərinə görə, bu maddənin tərkibində 7 kanserogen təsirə malik birləşmələr mövcuddur: "Geyimlərə rəng vermək üçün bundan bir neçə il öncəyə qədər kök boyası istifadə edilirdi. Lakin kök boyalarının yerini son illərdə sintetik fabrik məhsulu olan azo birləşmələri aldı. Azo birləşmələrinin isə çox istifadə edildiyi halda ağciyər və döş xərçənginə yol açdığı sübut edilib". Həkim vurğulayıb ki, bu birləşmələrdən əsasən rəngli və bəzəkli paltarlarda istifadə edilir: "Xüsusən uzaq şərq ölkələrindən gətirilən rəngli paltarların əksəriyyətində birləşmələrdən maksimum dərəcədə istifadə olunur. Azo birləşmələri xüsusilə, insan tərlədikdə dəri ilə təmasda olur və insan həyatını risk altında qoyur".
Brend firmaların zəhərli geyimləri
Araşdırmalar sübut edir ki, belə maddələrdən nəinki ucuz geyim mağazalarında, hətta dünyaca məşhur olan və ölkəmizdə fəaliyyət göstərən brend mağazalarda satılan məhsullarda da istifadə edilir. Belə ki, bundan bir neçə ay öncə "Greenpeace"-in (ətraf mühiti qorumaq məqsədilə yaradılmış təşkilat) açıqladığı hesabatda Zara, Levi`s, Mango kimi brendlərin məhsullarında təhlükəli kimyəvi maddələrin olduğu bildirilib. "Greenpeace" araşdırmadan sonra 20-yə yaxın geyim brendinin məhsullarında zəhərli kimyəvi maddələr aşkarladığını açıqlayıb. Brendlər arasında Benetton, Jack & Jones, Only, Vero Moda, Blažek, C&A, Diesel, esprit, Gap, Armani, H&M, Zara, Levi`s, Victoria Secret, Mango, Marks&Spencer, Metersbonwe, Calvin Klein, Tommy Hilfiger, Vancl da var.
Brendlərin məhsullarında aşkarlanan kimyəvi maddələrin təbiətə qarışdığı zaman xərçəngə və hormon pozuqluğuna səbəb ola biləcəyi bildirilib. Təşkilat "Zəhərli Geyimlər" hesabatını hazırlayarkən 141 ədəd geyim üzərində uzunmüddətli araşdırmalar aparıb. Test edilən məhsulların böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdən seçilib. Məhsullar arasında qadın və kişilər üçün həm süni, həm də təbii ipliklərlə hazırlanmış cins şalvar, köynək, paltar və alt paltarları var. "Greenpeace" bütün geyim brendlərindən 2020-ci ilə qədər bu zərərli maddələrin istifadəsini tamamilə dayandırmalarını tələb edib. Artıq H&M və Marks&Spencer brendləri təşkilata bu mövzuda söz verib.
Azərbaycanda vəziyyət
Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə bununla bağlı araşdırma aparılıbmı?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qəzetimizə açıqlamasında ölkədə hər bir istehsal və idxal olunan məhsulun özünün standartı olduğunu bildirdi. Onu sözlərinə görə, ölkə bazarına çıxarılan məhsullar əgər standartlara uyğun deyilsə, həmin müəssisə inzibati qaydada cəzalandırılır: "İstehsal olunan məhsulun həm göstəriciləri, yəni fiziki-kimyəvi, toksiki ağır metalların tərkibi və digər amilləri məhz o standartların tələblərinə uyğun olmalıdır. Standartlarda minimal-maksimal hədlər müəyyənləşib. Parçanın qalınlığı və yaxud liflərin keyfiyyəti, materialı, minimal və maksimal həddi göstərilib. Təbii ki, standartın pozulmasına gətirib çıxaran amillər insan orqanizminə, insan sağlamlığına mənfi təsir göstərə bilir. Ona görə bizim komitə tərəfindən təsdiq edilmiş standartlar müasir beynəlxalq tələbləri özündə əks etdirməklə yanaşı, əsas məqsəd insan həyatının və sağlamlığının qorunmasıdır. Bu standartları yoxlamaq üçün komitə yanında Texniki Tənzimləmə Standartlaşma üzrə dövlət Nəzarəti Xidməti fəaliyyət göstərir. Nəzarət xidmətinin bilavasitə funksiyasıdır ki, standartların tələblərinin pozulmasına görə faktları müəyyənləşdirsin və faktları ifşa edərək qarşısını alsın".
Zəhərli geyimin ünvanı
F.Talıblı alıcılara mənşəyi bilinməyən geyimləri almamağı məsləhət gördü və təhlükəli geyimlər satılan ərazilər haqqında məlumat verdi: "Biz alıcıları metro keçidlərində, kütləvi topdansatış məntəqələrində sertifikatı olmayan, keyfiyyəti təsdiq edilməyən və mənşəyi bilinməyən geyimləri almaqdan çəkinməyə çağırırıq. Sertifikat, məhsulun mənşəyi haqqında məlumat və məhsulun haradan gətirildiyinin bilinməsi vacib əhəmiyyət daşıyan amildir. Çində kustar üsulla müxtəlif qapalı yerlərdə, zirzəmilərdə istehsal olunan, sintetik tərkibi daha çox olan və kimyəvi maddələrlə zəngin olan məhsullar təbii ki, insan orqanizmini təhlükə altında qoyur. Çünki onlar insanlarda müxtəlif tərlətmə yaradır, dərini havalandırmağa qoymur, allergik xəstəliklər yaradır. Hər bir istehlakçı öz canının qədrini bilirsə, ixtisaslaşmış mağazalardan alış-veriş etməlidir".
Monitorinqlərin nəticəsi
Geyim bazarı ilə bağlı aparılan monitorinqlər haqqında məlumat verən dövlət rəsmisi vurğuladı ki, dövlət qurumları maksimum nəzarət tədbirləri həyata keçirsə də, bu məsələ hələ də problem olaraq qalmaqdadır: "Dövlət qurumları maksimum öz nəzarət tədbirlərini həyata keçirir. Amma nəzərə alsaq ki, Azərbaycanda böyük bir geyim bazarı formalaşıb, burada istehlakçılar da dövlət qurumunun nəzarətinə dəstək verməlidirlər. Bu il təxminən 30-a yaxın satış məntəqəsində keyfiyyəti və mənşəyi təsdiq olunmayan geyimlər satışdan çıxarılıb. Bu gün Bakı şəhərində çox müasir ticarət mərkəzləri yaranmaqdadır. O mərkəzlərdə satılan məhsulların keyfiyyəti sənədlərlə təsdiq olunub. Amma metro keçidlərindən, Qaradağ rayonundakı ticarət mərkəzlərinin bəzilərindən alınmış məhsulların tərkibində kimyəvi maddələr, hətta insan orqanizminə zərərli ağır metalların da olduğu aşkar olunur. Həmin satış məntəqələrində bunların demək olar ki, qarşısı alınıb. Amma problem tam həll olunub deyə bilmərik. Problemlərin tam aradan qalxması üçün istehlakçılar da bizə dəstək olmalıdırlar".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Azərbaycan incəsənətinə ağır itki - FOTO
-
ABŞ Milli Kəşfiyyatının rəhbəri ərinə görə istefa verir
-
Qaymaqlı quru əncir şirniyyatı resepti
-
"Bizə olan hörmətsizlik qəbuledilməzdir" - Dambrauskas
-
Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi
-
Aziz Yıldırımın 64.000 tutumlu yeni stadion layihəsi bəlli oldu
-
Sənan Əsədzadə saxlanıldı
-
Qvardiola “Mançester Siti”dən ayrılır
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
"Real Madrid" Arda barədə QƏRARINI VERDİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib





