Cəmiyyət

Bakı-Sumqayıt yolunda minik avtomobili avtobusla toqquşub, xəsarət alan var

24 Avqust 2013 23:04
0 Şərh     Baxış: 4 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı-Sumqayıt yolunda minik avtomobili avtobusla toqquşub, xəsarət alan var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində (Bakı-Sumqayıt yolunda) "Hyundai" markalı minik avtomobili ilə "İkarus" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə "Hyundai" markalı minik avtomobili deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.