Hacıbala Abıtalıbov cərimələnib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vəkil Kamandar Nəsibov: "Məhkəmə Hacıbala Abıtalıbovu cərimələməyib"
Nəsimi Rayon Məhkəməsində "İntur-avto" açıq səhmdar cəmiyyətinin sədri Aydın Heydərovun Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Maliyyə Nazirliyinə qarşı iddiası əsasında keçirilən məhkəmə prosesi başa çatıb.
Bu barədə APA-ya A.Heydərovun vəkili Kamandar Nəsibov məlumat verib. K.Nəsibov bildirib ki, məhkəmə onların iddialarını qismən təmin edib: "Biz Aydın Heydərova məxsus tikintinin sökülməsi nəticəsində ona dəymiş maddi ziyana görə 17 milyon 634 min 70 manat, mənəvi ziyana görə 50 min manat təzminat tələbi ilə məhkəməyə müraciət etmişdik. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin söküntülərə rəhbərlik edən əməkdaşı Zülfəli İsmayılov və Nərimanov rayonu Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə vəsatət də vermişdik. Lakin məhkəmə bizim iddiamızı qismən təmin edərək, dəymiş maddi ziyana görə cəmi 4 milyon 700 min manat məbləğində pulun ödənilməsi barədə qərar çıxarıb. Həmin pul da Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir".
K.Nəsibov qərarla razılaşmadıqlarını, yaxın günlərdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edəcəklərini də bildirib.
Vəkil bəzi mətbuat orqanlarında ona istinadən yayılan "Hacıbala Abıtalıbov 4,7 milyon cərimələndi" başlıqlı yazıların isə yalan olduğunu bildirib: "Həmin xəbərlər tamamilə yanlışdır. Məhkəmə Hacıbala Abutalıbovu cərimələməyib. Biz icra hakimiyyətini və Maliyyə Nazirliyini məhkəməyə vermişik. Həmin məbləğ də Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Bu məsələnin Hacıbala Abıtalıbova aidiyyəti yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı





