Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Playstation"ə görə dilənən uşaqlar
13 İyul 2013 15:30
0 Şərh
Baxış: 2 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu yaxınlarda metronun "Azadlıq" stansiyasının yaxınlığındakı internet klublarının qarşısında məktəbyaşlı bir uşaq mənə yaxınlaşıb 1 manat pul istədi. Onun yanında olan iki oğlanın isə başqalarına müraciət edərək "xala, nə olar 1 manat ver də" dediyini eşitdim. Onlardan nə üçün belə etdikləri ilə maraqlananda isə pulu oyun oynamaq üçün istədiklərini bildirdilər.
9 yaşlı Pərvizin sözlərinə görə, valideynləri ona internet kluba getmək üçün pul vermirlər: "Anamgil mənə "Playstation"ə getməyə, oyun oynamağa qoymurlar. Deyirlər, kompüter oyunları ziyandır, gözlərin zəifləyər. Amma mənim dostlarım hər gün internet klubdadırlar, mən də onlar kimi oynamaq istəyirəm. Pulsuz isə internet kluba buraxmırlar. Ona görə də başqalarından pul almağa başlamışam".
İbtidai sinif müəlliməsi Həbibə Sultanova şikayət edir ki, məktəb zamanı şagirdlər dərs oxumaq əvəzinə günlərini "Playstation"də keçirirlər: "Düşünürəm ki, valideynlər uşaqların internet klublarına getməyini məhdudlaşdırmalı, diqqətlərini dərs oxumağa yönəltməlidirlər. Bununla yanaşı internet və "Playstation"ə nəzarət gücləndirilməli və azyaşlı uşaqlar ora buraxılmamalıdır" deyən həmsöhbətimizin sözlərinə görə, uşaqlar üçün oyun oynamaq önəmlidir: "Bu səbəbdən də valideynlər onlar üçün intellektual oyunlar tapmalı, bununla da uşaqları həm maarifləndirməli, həm də əyləndirməlidirlər".
Psixoloq Aygün Babayeva isə bildirib ki, valideynlər uşaqlara "Playstation" və ya internet kluba getməyi qadağan etməklə, buna marağı daha da artırırlar: "Belə ki, uşaqlar yasaq olan şeylərə maraq göstərir. Valideyn "Playstation"a getmək üçün uşağa pul verməsə belə, o, çıxış yolunu tapacaq. Yaxşı olar ki, valideyn uşağa bunu icazə versin. Özü də uşaqla birgə gedib, ona oynamaq üçün müəyyən vaxt qoysun".
"Playstation" və internet klubların işçiləri isə belə yerlərə çox vaxt uşaqların və yeniyetmələrin gəldiyini deyirlər. Qeyd edək ki, çox vaxt iri və səviyyəli "Playstation" salonlarının qarşısı maraq doğuran reklamlar, daha çox müştəri cəlb etmək üçün rəngli bayraqlar, şarlar və s. vasitələrlə bəzədilir. Bu da istər-istəməz uşaqları cəlb edir. Bu cür "Playstation" salonlarından birinin sahibi Akif Bağırovun sözlərinə görə, onların qazancı elə uşaqların hesabına çıxır: "Əksər yetkin və yaşlı insanların evində və ya işində internet var. İnternetdən istifadənin isə həm uşaqların sağlamlığına, həm də tərbiyəsinə mənfi təsir göstərdiyi üçün valideynlər uşaqları internetdən istifadə etməyə, oyun oynamağa buraxmırlar. Uşaqlar isə belə yerlərə əsasən də oyun oynamaq üçün gəlirlər. Çox vaxt onlar pul verə bilmir və bizdən pulsuz oynamağı xahiş edirlər. Bəzi hallarda isə valideynlər uşaqların internet kluba gəldiyini bilib bizimlə dalaşırlar. Belə olan halda biz həmin uşaqları daha buraxmırıq".
Başqa bir "Playstation" salonunu işlədən Əliqulu Həsənovun sözlərinə görə, "Playstation" maraqlı və canlı oyun olduğu üçün uşaqlar buna maraq göstərir: "Çox vaxt uşaqların pulu olmadıqda belə gəlib oynamaq istəyirlər. Elə olur ki, yarım saat oturub oyunu maraqla oynayır, lakin pulu qurtardığı üçün oyunu davam edə bilmir. Belə olan halda bizdən bir qədər də pulsuz oynamağı xahiş edirlər. Biz çox vaxt icazə veririk. Ümumiyyətlə, belə oyunları oynamaq üçün yaş məhdudiyyəti yoxdur. Azyaşlı uşaqlar, tələbələr, yetkin insanlar da bura gəlirlər".
Ə.Həsənov bildirib ki, bu oyunların dəb alması onların çempionatlarının da keçirilməsinə ehtiyac yaradıb: "Bu gün şəhərdə bir çox səviyyəli "Playstation" salonlarında çempionatlar keçirilir. Qaliblər isə mükafatlandırılır. Bu cür çempionatlar bizdə də keçirilir. Çempionatlar hər il aprel və sentyabr aylarında baş tutur. Birinci yerə çıxana kubok, 100 manat, diplom, medal, 20 saat pulsuz oynamaq imkanı, 2-ci yerə 50 manat, diplom, medal, 10 saat pulsuz oynamaq imkanı, 3-cü yerə çıxana isə diplom, medal və 10 saat pulsuz oynamaq imkanı verilir".
Müsahibimin dediyinə görə, bu oyunlar son vaxtlar çox dəbdə olsa da, hələ ki, qız oyunçulara rast gəlməyib: ""Playstation" oyununu yalnız kişilər oynayır. Bu cür çempionatların keçirilməsinin məqsədi isə "Playstation" salonlarının tanınmasıdır. Otaqlara gəlincə, VİP və adi otaqlar olur. VİP otaqlarda qəlyan, siqaret çəkməyə və içki içməyə imkan verilir. Adi otaqlarda isə buna icazə verilmir".
Ekspress.az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)
-
Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq
XƏBƏR LENTİ
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)