Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda beynəlxalq nəqliyyat sərgisi başladı
13 İyun 2013 13:21
Baxış: 1 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 15-dək keçiriləcək sərgi Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan "Iteca Caspian" şirkəti tərəfindən təşkil olunub.
APA-nın məlumatına görə, Azərbaycanda infrastrukturun inkişafına şərait yaradan və tranzit yüklərin Azərbaycan ərazisindən istifadə etməklə cəlb olunması imkanlarının nümayişinə xidmət edən bu sərgi Qafqazda mühüm nəqliyyat forumu hesab olunur. Tədbirin rəsmi açılış mərasimində Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov, həmçinin nəqliyyat sektorunda fəaliyyət göstərən digər dövlət təşkilatları və qurumlarının rəsmiləri iştirak ediblər.
Bu il sərgidə 19 ölkədən 90 şirkət iştirak edir. Ötən illə müqayisədə sərginin ekspozisiya meydançası 20% genişləndirilib və sərgi iştirakçılarının təxminən 40%-i "TransCaspian-2013" sərgisində öz məhsul və xidmətlərini ilk dəfə təqdim edən şirkətlərdir. Bu il keçirilən sərginin fərqli xüsusiyyəti isə öz meydançasını xeyli genişləndirərək iştirakçıların ümumi sayının 50%-ni təşkil edən xarici eksponentlərin fəal iştirakıdır. Belə ki, xarici eksponentlərin sırasına Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyadan olan şirkətlər daxildir. İsveç və Rumıniya sərgidə debüt edən iştirakçı ölkələrdir. Latviya milli stendi ardıcıl olaraq üçüncü ildir ki, sərgidə iştirak edir.
Kommersiya təşkilatları ilə yanaşı, sərgidə həmçinin Azərbaycan Nəqliyyat Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti kimi Azərbaycanın dövlət nəqliyyat strukturları da iştirak edir.
Dəmiryol və avtomobil yolu nəqliyyatı, dəniz və quru ilə daşımalar, limanlar və liman avadanlıqları, neftin nəqli, habelə informasiya sistemləri, naviqasiya və monitorinq sistemləri kimi bölümlər sərgidə geniş şəkildə təqdim olunub. Daşıma sektorunu Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edir. Bu il müsbət dinamika nümayiş etdirən "Gəmiqayırma və gəmilərin təmiri" bölümü isə İsveç, Ukrayna və Azərbaycandan olan şirkətlər tərəfindən təqdim olunub.
Qeyd edək ki, təsis edildiyi vaxtdan "TransCaspian" sərgisi Azərbaycan Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən dəstəklənir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı