Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda PayPal-dan necə istifadə etmək olar?
27 Aprel 2013 21:55
17 Şərh
Baxış: 129 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu sistem internet vasitəsilə daha sürətlə, rahat və təhlükəsiz xidmətlərdən istifadə etmək imkanı yaradır.
Azərbaycanda da yeni-yeni populyarlaşmağa başlayan Paypal sistemi haqqında məlumatlar elə də geniş deyil. Onu nəzərə alaraq oxucularımıza Paypal sistemi və ondan istifadə forması ilə bağlı geniş məlumat vermək qərarına gəldik. Əvvəlcə bildirək ki, Paypal sistemi elektron-ticarət zamanı istifadəçilərin işini bir xeyli yüngülləşdirir, yəni əsasən alış-veriş zamanı tətbiq olunur. Onun vasitəsilə kredit və ya istənilən növ plastik kartdan istifadə etmədən internetlə alış-veriş və ya uzaqda olan qohumlara, dostlara sadəcə e-mail adresilə pul göndərmək mümkündür.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Paypal ilə dünyanın 193-dən çox ölkəsinə pul köçürmək, alış-veriş etmək mümkündür. Həmçinin, internet istifadəçilərinin ebay online shopping vasitəsilə bir çox məşhur markaları da əldə etmək imkanı var. Banker.azın ekspertləri bildirir ki, hazırda minlərlə biznesmenlər sözügedən sistemdən istifadə edir. Bu zaman internet istifadəçisi vaxt itkisinə yol vermir və bütün bunlara sadəcə olaraq bir neçə dəqiqə sərf edilir.
Ekspertlərin qənaətincə, hazırda bir çox insanlar üçün sayt vasitəsilə alış-veriş etmək və ya pul köçürmək çox qəliz görünür. Lakin bu, heç də çətin deyil. Paypal xidmətlərindən istifadə etmək üçün ilk növbədə istifadəçi saytda qeydiyyatdan keçməlidir.
Qeydiyyatdan keçmək üçün isə bir sıra tələblərə əməl edilməlidir. Şəxs ilk növbədə sign up keçidinə daxil olmalıdır. Bu zaman İndividual və Business bölməsi açılaçaq. Əgər şəxs şirkətin, firmanın adından alış-veriş etmək istəsə, Business bölməsinə, yox, əgər sadəcə olaraq saytdan istifadə etmək istəyirsə, fiziki şəxsdirsə, İndividual bölməsindən open an account keçidinə daxil olmalıdır. Bu məqamda İndividual bölməsinə daxil olduqda şəxsdən sadəcə özü haqqında informasiyalar tələb edilirsə, Business bölməsində şirkət barəsində informasiyaları tələb olunacaq. Bundan sonra isə istifadəçi adını, soyadını, e-mailini, ünvanını və s. məlumatları uyğun bölmələrə qeyd etməlidir. Onu da bildirək ki, qeydiyyat zamanı diqqətli və konkret cavablar yazmaq məsləhət görülür. Əks halda qeydiyyatdan keçməkdə problemlər yaşana bilər. Uyğun olan bölmələrə düzgün məlumatlar qeyd edildikdən sonra istifadəçidən kredit kartının kodu tələb olunacaq. Şəxs kodu daxil etdikdən sonra saytın üzvü olacaq və bununla da istədiyi əməliyyatları həyata keçirə biləcək.
Qeydiyyatdan keçmə təsdiq olunduqdan sonra 24 saat ərzində istifadəçinin kartından 1,95 ABŞ dolları çıxılacaq. İstifadəçi hesabından istifadə etdiyi zaman ona ilk dəfə üçün limit olaraq 100 dollar təqdim olunacaqdır. Hesabı inkişaf etdirdikdən sonra istifadəçinin limiti artacaq. Hesabı inkişaf etdirmək və limiti artırmaq üçün kartın bütün informasiyaları dəqiq olmalıdır.
Bu sistemdən istifadə edə bilmək üçün ilk növbədə istifadəçinin təbii ki, kredit kartı olmalıdır. Şəxs Paypal hesabında olan pulu istənilən vaxt karta köçürə bilər. Hazırda Paypal hesabında olan pulu karta köçürmək üçün şəxs, bu sistem ilə əməkdaşlıq edən banklardan Unibank, Bank Standard, Bank of Baku, Bank Respublika kimi bir neçə bankın kartlarından istifadə edə bilər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
“Dünya TV” cərimələndi
XƏBƏR LENTİ
-
Bütün zamanların ən böyük kino ulduzları
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev