Cəmiyyət

Oruc tutmağa nə vaxt başlanılmalıdır?

7 Avqust 2010 15:20
Baxış: 2 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müsəlman dünyası üçün əlamətdar ay olan müqəddəs Ramazan ayının başlanmasına çox az vaxt qalıb. İslam dünyasının oruc tutaraq Allaha ibadət niyyətlərini həyata keçirəcəyi ay daxil olmaqdadır. Lakin Ramazan ayının hansı gündə daxil olacağı və müsəlmanların hansı gündən etibarən oruc tutmağa başlamalı olduqları barədə fikir müxtəlifliyi yarandı.   

Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar artıq fətva verib. Qeyd olunub ki, Ramazanın ilk günü bu il avqust ayının 11-ə təsadüf edir. QMİ bəyan edib ki, avqustun 10-u orucluğun niyyət gecəsidir. Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 9-u və ya 10-a təsadüf edəcək:
QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-a, 20-dən 21-ə, 22-dən 23-ə, 24-dən 25-nə və 26-dan 27-ə keçən gecələrə təsadüf edir.

Münəccim, astroloq Firidun Qurbansoy Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Azərbaycan ərazisində Ramazan ayının başlanğıcı (birini günü) avqust ayının 10-a təsadüf edir: "Məlum olduğu kimi ərəbi ayları səma cismi olan Ayın hərəkəti ilə hesablanır və Ayın 1-ci günü, eyni zamanda təqvimi ayda birinci gün sayılır. Ay 28 səhfədə (görünüşdə) olur. Ərəbi (Qəməri) ay 29 və 30 gün olanda, mümkündür ki, göydə Ay görünməsin. Təzə Ay da ilk günlərdə görünməyə bilər. Amma hər bir adam ayın formasına baxanda, artıq onun neçənci ay günü olduğunu bilir. Məlumdur ki, təzə Ay sağ tərəfdən çəkilmiş oraq şəkilli olur. Bizim bayrağımızda ay batmaqda olan ayın şəklidir. Təzə Ay isə əksinə vəziyyətdə görünür. Aypara 7 rəqəmi ilə bağlıdır, sağdan və soldan dolmağından asılı olaraq, onun 7-ci ay günü olmağına və ya Ayın qurtarmasına 7 gün qalmasına işarə edir. Ay tam bədr halındadırsa, 15-ci ay günü hesab olunur. 14, 15 və 16-cı günlər Ayın bədr olan günü sayılır. Tam bədr isə 15-ci ay günü hesab edilir. Bu günlər Ayın nuru çox olduğu üçün başı açıq gəzmək məsləhət deyil, bu vaxt tükün kökləri zəifləyir və saç tökümü başlayır. İnsanlar bunları bildikdə ayın hansı formada olduğunu təyin edə bilirlər. Biz də münəccim öncə gürmələrini yazanda, Ayın neçənci ay günü olduğunu mütləq qeyd edirik.
Ramazan ayının bizim təqvimlə daxil olması avqust ayının 10-na təsadif edir, çünki bu gün birinci Ay günüdür. Azərbaycan ərazisindən baxdıqda, birinci Ay günü avqustun 10-na təsadüf edir. Fətvaların hansı əsəsla verildiyini bilmirəm, amma astronom və münəccimlərin tətrib etdiyi təqvimlərə əsasən, bizdə Ramazanın 1-ci ay günü avqustun 11-i deyil, 10-dur. Yaxşı olardı ki, Müqəddəs Ramazan ibadətlərinə avqusutun 10-dan başlanılsın" - deyə Firidun Qurbansoy açıqlama verib.

İlahiyyatçı, "Mənəvi dünya" İctimai Birliyinin rəhbəri Hacı Şahin Həsənli da Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, şəriət baxımından Ramazan ayının girməsi, Ayın görünməsi ilə bağlıdır: "Əgər sübut olunarsa ki, Ay daha tez, yəni avqustun 10-da görünüb, o zaman həmin gündən başlayaraq, oruc tutulmalıdır. Şəriətdə Ayın görünməsi şərtdir. Bir şəxs Ayın göründüyünü bilsə, onda oruc tutmağa başlamalıdır". 

Anar Məmmədov

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.