Azərbaycanda Mərkəzi Klinika ilə əməkdaşlıq edən türkiyəli kardioloq, professor Osman Karakaya piylənmədən qurtulmağın yolları barədə danışıb. Kardioloq dünyada yenicə tətbiq edilən pəhriz proqramının sirlərini də açıqlayıb.
- Həkim, əvvəlki müsahibənizdə kökəlmənin əsas səbəbini düzgün olmayan qidalanma ilə əlaqələndirmişdiniz. Qeyri-düzgün qidalanmanın da orqanizmin metobolik balansının pozulmasına və kökəlməyə yol açdığını demişdiniz. Metobolik balans nədir?
- Metobolik balans orqanizmin çalışma sistemidir, orqanizmin funksiyalarını davam etdirə bilməsi üçün artıq enerjinin bədəndən çıxmasıdır. Bu balans pozulduqda insanda metobolik sindrom yaranır. Metobolik sindrom diaqnozu 4 sindrom birgə olduqda qoyulur: qarın nahihəsində piylənmə (kişilərdə bel ölçüləri 102, qadınlarda 88 santimetrdən çox olması - O.K.), yüksək qan təzyiqi, qanda xolesterinin və qlükozanın yüksəlməsi. Metobolik sindrom piylənmənin də daxil olduğu termindir. Ürək ürək-damar xəstəlikləri, beyin iflici, yüksək təzyiqlə ürək çatışmamazlığı, şəkərli diabet, qaraciyər yağlanması, öd kisəsi xəstəlikləri, bel, qalça və diz nahiyələrində kirəcləşmə, qadınlarda tüklənmə, aybaşı pozğunluğu metobolik sindromun nəticələridir. Metobolik sindrom ürək infarktı riskini 4 dəfə artırır. Piylənmə səbəbindən ağırlıq mərkəzimiz dəyişdiyi üçün bədəndə yığılan artıq yağı daşımaq üçün önə doğru əyilməyə başlayırıq. Ayaqlarda tromblaşma, şişmə yaranır. Döş və qarın bölgəsi hədsiz nəmlənməyə görə mikrobların rahatlıqla inkişaf etdiyi bölgəyə çevrilir. Kök insanların cərrahi əməliyyatı da çətin başa gəlir. Yağın çoxluğu baxımından yaraya tez infeksiya düşür və yara gec sağalır.
- Dünya statistikasında Türkiyə piylənməyə görə ön sıralarda durur. Bəs Azərbaycanda vəziyyət necədir?
- Piylənmənin yayılmasına görə, Türkiyə İngiltərə ilə eyni sıradadır. Kişilərin 63 faizi, qadınların isə 58 faizi piylənmədən əziyyət çəkir. Bir ildən çoxdur Azərbaycanda işlədiyim üçün deyə bilərəm ki, burada da Türkiyədəkinə bənzər klinik nəticələr var. Azərbaycanda da insanlar heyvani yağlardan və ətdən hədsiz dərəcədə çox istifadə edirlər və yeməkləri bir-biri ilə qarışıdırılar. Üstəlik, Azərbaycandakı əhalinin böyük faizi gənc və yaşlı olmasından asılı olmayaraq siqaret çəkir. Siqaret damarlarda kirəcləşmə yaradaraq ateroskleroza, dolayısı ilə ürək infarktına gətirib çıxarır. Damarlarda kirəcləşmənin olması isə metobolik balansın pozulması ilə sonuclanır.
- Osman bəy, metobolik balansı bərpa etmək üçün nə etmək lazımdır?
- Metobolik balansın 8 vazkeçilməz qanunu var. Onlara əməl etdikdə, metobolik balans tənzimlənir, nəticədə sağlıqlı yolla arıqlama baş verir.
- Qaydalar hansılardır?
- Qaydalar bunlardır:
1. Gündə cəmi 3 dəfə yemək yeyilməlidir. Arada yeyilən yeməklər yaxud yeməklər arası yeyilən şirniyyatlar yığışdırılmalıdır. Yemək yediyimiz zaman qan şəkəri sürətlə yüksəlir. Qan şəkərinə nəzarət etmək üçün insulin hormonu sürətlə artır. İki saatdan sonra insulin düşməyə başlayır və orqanizmdəki şəkər enerjiyə çevrilir. Daha sonra leptin hormonu dövrəyə girir və bu zaman bədəndəki yağlar yanmağa başlayır. Ancaq biz tez-tez yemək yedikdə orqanizmin fəaliyyəti qarışır və yağların yanmasında problem yaranır.
2. Yemək öyünləri arasında ən az 5 saat vaxt olmalıdır. Çünki vücudunuzun yediyiniz qidanı rahatlıqla həzm etməsi üçün dinlənmə
zamanına ehtiyacı var. Hər ara öyünü metobolizmanın balansını pozaraq sizə aclıq hissləri aşılayar, yediklerinizin keyfiyyətli həzm edilməsi prosesini pozur, qidanın vücuda tam faydalı hala gəlməsini əngəlləyir. Bu səbəbdən də yeməklər arası 5 saatlıq fasilə verməlisiniz.
3. Bir öyün ən çox 1 saat sürə bilər. Əgər ziyafətdəsinizsə və bir saat yedikdən sonra 15-20 dəqiqə ara verin, sonra yeməyə proteinli qida ilə başlayın.
4. Hər öyünə içərisində protein olan qida ilə başlanmalıdır. Məsələn, balıq, ət, yumurta, süd məhsulları, paxlalı bitkilər - mərcimək, lobya, göbələk. Çünki karbohidratlı qidalarla yeməyə başladıqda, qida mədə-bağırsaq sistemi ilə təmas etdikdə hədsiz dərəcədə çox insulin ifrazına səbəb olur və 15-30 dəqiqə ərzində çox yeməyinizə baxmayaraq şiddətli aclıq hissi keçirirsiniz. Məsələn, çayı şirin bir şeylə içəndə başlanğıcda bu sizə xoş gəlir. Amma yarım saat sonra qorxunc bir aclıq hissi ilə üz-üzə qalırsınız. Səbəb yediyiniz karbohidratlı şirin məhsulun vücudunuzda insulin ifrazını artırmasıdır.
5. Bir öyündə yalnız bir çeşid protein olan məhsul yeyilməlidir. Bundan başqa, hər öyündə fərqli çeşiddə olan proteinli məhsul yeyilməlidir. Məsələn, səhər pendir yemisinizsə, günorta, yaxud axşam yeməyində bir parça belə pendir yeməyəcəksiniz. Müxtəlif heyvanların ətlərini də eyni öyündə bir-biri ilə qarışdırmamaq lazımdır.
6. Axşam yeməyi ən gec saat 21.00-da yeyilməlidir. Çünki bu saatdan sonra vücud bazar metobolizma dəyərlərinə keçir. Yəni orqanizm metobolik fəaliyyətini azaltdığı üçün yeyilən qidaları yandırmır. İmkan daxilində tez və sutkada təxminən ən azı 5-6 saat yatmaq lazımdır. Çünki vücudunuz yağları gecə yatarkən, istirahət zamanı daha yaxşı yandırır. Çoxları idman edərkən yağı yandıracağını zənn edir. Bu, çox çətindir. İdman zamanı yağ yandırılsa da, bunun üçün daha çox oksigen istifadə edərək yağ bədəndən çıxır. Amma yatarkən az oksigendən istifadə etməklə yağlar yanır.
7. Gün ərzində hər kilonuza 35 ml su içilməlidir. Məsələn, 60 kiloqramsınızsa, 1,8 litr su içməniz lazımdır.
8. Meyvə yeməkdən sonra yeyilməli və gündə bir yaşıl alma yemək məcburidir. Alma yağı bədəndən ən yaxşı çıxaran meyvədir. Amma proteinli qidaları bir-biri ilə qarışdırmadığımız kimi meyvələri də qarışıq yeməməliyik.
- Metobolik balansı düzənləmək üçün bunlar kifayətdirmi? Yəni həkimə getməyə imkanı olmayanlar bu 8 qaydadan istifadə etməklə də metobolik balanslarını tənzimləyə bilərlərmi?
- Əgər həkim məsləhəti almaq imkanı yoxdursa, bu halda sadaladığım qaydalara əməl etməklə də artıq kilolardan qurtulmaq və metobolik balansı qismən də olsa tənzimləmək mümkündür. Ancaq xəstələr həkimə müraciət etdikdə kilolardan qurtulmaq daha tez və rahat olur. Bunun üçün pasiyentə aid bütün məlumatlar, yaş, boy, çəki, qan qrupu, xəstənin keçirdiyi xəstəliklər və s. kompyuter sisteminə salınır və xəstəyə özəl olaraq pəhriz proqramı təyin edilir. Pəhriz siyahısında sizin gün ərzində qəbul etməli olduğunuz kalorinin miqdarı, nədən nə qədər yeyəcəyiniz və hansı sıra ilə yeyəcəyiniz də yazılır. Onu da deyim ki, pəhriz zamanı xüsusi qidalardan istifadə edilmir. Hər kəsin rahatlıqla bayırdan ala biləcəyi qidalar olur. Məsələn, dərisiz toyuq əti, heyvan əti, pendir, göbələk, qatıq və s. yemək məsləhət görülür. Bu proqram sizin xalis kərə yağı, yaxud zeytun yağı, gündəlik 6-8 qram duz istifadə etməyinizə izn verir. 3-4 ay ərzində bu pəhrizlə artıq çəkili insanlar çəkilərini 20-50 kq-aa qədər sağlıqlı şəkildə azalda bilirlər.
- Belə anlaşıldı ki, metobolik balansın tənzimlənməsi üçün tətbiq edilən pəhriz proqramında bütün qidaların qəbuluna icazə verilir.
- Bəli. Ümumiyətlə, pəhrizi buraxmağın əsas səbəbi aclıq hissidir. Aclıq hissi insanlarda stres yaradır və "nə olur olsun" deyə pəhrizi yarıda buraxırlar. Bu cür pəhriz proqramları problem yaratdığından Amerika pəhriz komitələri artıq bu cür pəhrizləri qəbul etmirlər. Metobolik balansı bərpa etmək üçün tətbiq edilən pəhriz proqramında isə ən önəmli şey insanları aclıq hissindən qoruyacaq pəhriz proqramı tətbiq etməkdir. Digər pəhriz proqramları isə az-az və tez-tez yeməyi məsləhət görürlər. Ancaq sadaladığım qızıl qaydalarda bizim pəhriz proqramında ara öyünü yoxdur və yeməklər arasında ən az 5 saat olmalıdır. Çünki tam həzm fəaliyyəti üçün, eyni zamanda yeməklərin bir-birinə qarışmaması, mədəmizin, xüsusilə də proteinli qidaların boşalması üçün 5 saata ehtiyac var. Bu üsulla artıq piylərdən qurtularkən sifətdə sallanma və s. kimi, ümumiyyətlə sağlamlıqla bağlı heç bir problem yaranmır.
- Metobolik balansın tənzimlənməsi üçün tətbiq edilən pəhriz proqramı nə qədər davam etməlidir?
- Bu proqram 4 mərhələdən ibarətdir. Birinci mərhələ 2 gün sürən hazırlıq dönəmidir. Ikinci mərhələ ən azı 14 gün sürən bir dönəmdir. Bu zaman həkimin dediyi yeməklərdən və dediyi miqdarda yeyir. əlavə şeylər qəbul etmirsiniz. Amma dediyimiz kimi, həkim ət, yağ və s. Qidaları da təyin edir. Üçüncü mərhələ rahat dönəm sayılır. Bu zaman pəhriz proqramındakılardan əlavə qidalar da yemək mümkündür. Dördüncü dönəm isə qoruma dönəmidir. 8 qızıl qaydaya əməl etməklə bu pəhriz proqramını tətbiq edən insanların əksəriyyəti bu mərhələni həyatı boyu sürdürməyə üstünlük verir. Qoruma dönəmində pəhriz proqramına riayət etmədiyiniz halda yenidən kökəlsəniz sizin üçün hazırlanan özəl proqramı yenidən istifadə edə bilərsiniz. Ümumiyyətlə, metobolik balansı tənzimləmək üçün tətbiq edilən pəhriz proqramı bir yaşam tərzidir, qaydalara əməl etməklə hər şey yemək mümkündür.
- Sizin dediyiniz qaydalara əməl etməklə metobolik balansın tənzimlənməsi sağlamlığın bərpasına nə dərəcədə kömək edir?
- Təbii qidalanma balansı bərpa olunduğuna görə bədən təbii çəkisinə qayıdır. Bu zaman yuxu problemi aradan qalxır, insanın fiziki gücü, həyat eşqi artır. Vücuddakı yağlar azalırkən metobolik balans sayəsində əzələ və bağ toxumaları güclənir, cild təmizlənir.
- Kilo almamaq üçün həftədə neçə dəfə şəkər yeyilə bilər?
- Rahat doneme gectikten sonra, yani icincu evresinde, Bəsit şəkər dediyimiz şəkərlərdən, yəni şəkər və toz şəkərindən mümkün olduqca uzaq durmaqda fayda var. Amma həftədə 1-2 dəfə dondurma, şirniyyatlar və şokolad yeyilə bilər.
- Sizin məsləhət gördüyünüz metobolik balansı tənzimləmək üçün istifadə olunan pəhriz proqramları dünyada nə vaxtdan tətbiq edilir?
- Bu proqrama ilk dəfə 2002-ci ildə Almaniyada başlanıb. Hazırda Almanya, Amerika, Belçika, Bolgarıstan, Fransa, Cənubi Afrika, Hollandiya, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Kanada, Lüksemburq, Macarıstan, Polşa, Yunanıstan, Türkiyə də daxil olmaqla dünyanın 25-dən çox ölkəsində ətbiq edilir.
Kaspi.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yeyə-yeyə arıqlamaq olarmı? - MÜSAHİBƏ
5 Aprel 2013 19:20
2 Şərh
Baxış: 3 752

DİGƏR XƏBƏRLƏR
-
Yoldakı problemə görə sürücü xərcə düşdü - Kim cavabdehdir? - AÇIQLAMA
-
Günün qoroskopu: İşdə diqqətli davranmaq vacibdir
-
Bu ərazilərdə işıq olmayacaq
-
Yolda çuxura düşən avtomobilə dəymiş zərəri kim ödəməlidir?
-
Dünyanın fırlanma sürəti artdı - Bu tarixlərdə gün qısalacaq
-
Bəy gəlini görüb özünü İTİRDİ - VİDEO
XƏBƏR LENTİ
-
Yoldakı problemə görə sürücü xərcə düşdü - Kim cavabdehdir? - AÇIQLAMA
-
"Sumqayıt"ın baş məşqçisi keçmiş "Qalatasaray"lı olacaq
-
Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir?
-
Bu istiqamətdə olan qatar yolda qaldı
-
Məclisdən çıxmışdı - faciəvi şəkildə öldü
-
"Sən mənim səsimlə nəfəs alırdın"
-
Partlayış səsləri olacaq - MN
-
Yenə KONKAKAF Kubokunun qalibi oldular
-
Türk hərbçilərinin şəhid olduğu o MAĞARA - Yenilənib - VİDEO
-
Istanbulda parkda əxlaqsızlıq edən cütlük saxlanıldı - FOTO
-
Qızının qatilini öz əlləri ilə cəzalandıran ana – Onun ölümünə nə səbəb oldu? - FOTOlar
-
Ərdoğanla görüşdüyünə görə Kreml QƏZƏBLƏNDİ
-
Yəməndə “Qara bayraq” əməliyyatı başladı
-
Eldar Salahova yüksək vəzifə verildi
-
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır - VİDEO
-
Hansı bürclər bütün həftəni “qara zolaq”da olacaq? - Qara günləriniz indi başlayır
-
Həmin qəzada ölən ər-arvadın FOTOsu
-
Azərbaycanda bu valyutalar UCUZLAŞDI, dollar isə...
-
Əməkdar artist: "Fransada Üzeyir Mehdizadəyə görə FƏXR ETDİM" - VİDEO
-
İsrail Livanı BOMBALADI
-
Məşhur şadlıq sarayında FACİƏ: ölən var
-
“Tottenhem”in ulduzu komandadan gedir
-
Xatirə dəyişib belə oldu - FOTO
-
Tələbə qızdan inanılmaz fırıldaq - FOTO