Son illər pasientlərin hüquqlarının pozulması halları çoxalıb. Hətta vəziyyət o həddə çatıb ki, həkimə müraciət edən xəstə yanlış diaqnoz qoyulması və yanlış müalicə aparılması səbəbindən ya şikəst olur, ya da həyatdan məhrum olur. Pasientlərin hüquqlarının etibarlı şəkildə müdafiəsi ilə bağlı hüquqi bazanın olmaması, xəstələrin səhv diaqnozların və müalicələrin aparılması səbəbindən həyat və sağlamlıqlarını itirməsi hallarının artması həkimlərə və səhiyyə xidmətinə vətəndaşların etibarsızlığını, inamsızlığını yaradır. Bu səbəbdən də, vətəndaşlarımız müalicə üçün qonşu dövlətlərə üz tutur.
Trend-in məlumatına görə, Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin səri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov bildirib ki, Azərbaycan qanunvericiliyində əhalinin sağlamlıq hüquqları Konstitusiyanın 41-ci maddəsi və 1997-ci ildə qəbul edilmiş "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla qorunur.
Onun sözlərinə görə, qanunda əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb. Qanunda pasiyentlərin hüquqları ilə bağlı xüsusi maddə yer alıb.
Vəkil bildirib ki, həmin maddədə qeyd olunur ki, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla pasientin öz razılığı ilə həkimi və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək və s. hüquqları var.
"Qanunda göstərilir ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə olunduğu tibb müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazrliyinə və ya məhkəməyə müraciət edə bilər. Lakin təcrübədə bu müraciətlər əksər hallarda müsbət nəticələr vermir", - o deyib.
Bağırovun sözlərinə görə, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.
Vurulan ziyanın ödənilməsi isə tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Mülki Məcəllənin tələbinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz vəs. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
"Xəstəyə kömək göstərməmə, qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə, təhlükədə qoyma və digər hallarda cinayət qanunvericiliyi həkimin cinayət məsuliyyətinə cəlb edilməsi əsaslarını yaradır", - o deyib.
Vəkil hesab edir ki, pasientlərin sağlamlığına həkimlərin səhvi və səhlənkarlığı nəticəsində vurulan ziyanın ödənilməsi və həkimlərin məsuliyyət məsələsi bu qanunla tam tənzimlənmir. Onun sözlərinə görə, qanunvericilikdəki bu boşluq təcrübədə ciddi problemlər yaradır.
Bağırov deyib ki, pasiyentin hüquqlarının qorunması ilə əlaqədar dünya ölkələri "Pasiyentin hüquqları haqqında Avropa Xartiyası", "Pasiyentin hüquqlarının təminatına yardım haqqında bəyannamə", "Pasiyentin hüquqları haqqında Lissabon bəyannaməsi" və s. kimi mühüm əhəmiyyət kəsb edən sənədlər qəbul edib. Dünya ölkələrində pasiyent-həkim münasibətlərinin tənzimlənməsi üçün fərqli təcrübələr var.
"Yunanıstan, İslandiya, İsrail, Litva, Finlandiyada bu sahədə ayrı qanun qəbul edilib, bir qrup ölkələrdə əhalinin sağlamlığı haqqında qanunda pasientlərin hüquqlarının müdafiəsi ilə bağlı müddəalar əksini tapıb. Üçüncü qrup ölkələrdə isə (Çexiya, Fransa, Böyük Britaniya və digərləri) pasiyentin hüquqları haqqında Xartiyanı əsas götürülür. Həmin beynəlxalq sənədləri rəhbər tutan ölkə olaraq, Azərbaycanda da "Pasiyentin hüquqları haqqında" qanunun qəbuluna, bu sahədəki qanunveriicliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var", - AHİM rəhbəri vurğulayıb.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Pasientlərin hüquqları necə qorunur?
22 Fevral 2013 13:30
0 Şərh
Baxış: 2 346

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: heç nə səni sarsıda bilməz
-
ABŞ-da yaşamaq istəyənlərin diqqətinə - Alternativ yollar açıqlandı
-
Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
-
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
-
MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTO
-
Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür
XƏBƏR LENTİ
-
Bu bürclərin karyerası inanılmaz dərəcədə DƏYİŞƏCƏK
-
Bu vərdişlər səssizcə beyninizə zərər verir
-
Dubay şokoladının tərkibində elə gizli maddə var ki...
-
Azərbaycanlı müğənnidən açıq-saçıq FOTOlar
-
Faydasını bilən yaşıl soğanın qoxusunu unudar
-
Gənc oğlanın başına torba keçirdi - QINANDI - VİDEO - FOTO
-
Az büdcə ilə necə bahalı görünmək olar?
-
Bu içkini rasiondan əskik etməyin: min dərdə dəva - dirilik suyu
-
“Uzak Şehir”də növbəti ayrılıq - FOTO
-
Günün qoroskopu: heç nə səni sarsıda bilməz
-
Türkiyədəki dəhşətli avtobus qəzasının ANBAAN görüntüsü
-
Tanınmış kriminal avtoritet saxlanıldı
-
Mehriban Əliyeva İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşıb - VİDEO
-
Ağır qəzada ölən iki qardaşın FOTOsu
-
Şahbaz Şərif: Biz bu qarşıdurmada qalib gəldik
-
Gəncədə ağır qəza - ölən var
-
"Oğluma müğənni qız alaram"
-
Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
-
“Rusiya bu təklifi nəzərdən keçirəcək” - Peskov
-
“Turan Tovuz” “Neftçi”yə məğlub oldu
-
Stiven Hokinqinin Yer Kürəsi ilə bağlı qorxulu proqnozu açıqlandı
-
Rəşad Sadıqov: "Onlar Azərbaycan futbolunun düşmənləridir"
-
Şəkidə ağır qəza - Xəsarət alanlar var - yenilənib - FOTO
-
Ronaldu "Əl-Nəsr"i tərk edəcək?