Show.az xəbər verir ki, Bayram süfrəsi hazırlayarkən Yeni il ab-havasına uyğun olaraq, rəng seçiminə, süfrənin rəngarəng görüntüsünə diqqət yetirin. Qızılı, qırmızı, əlvan rəngli dekorasiyalarla süfrəyə bəzək verərək əhvalınızı qaldırın. Bayram süfrəsində şamları və Yeni il aksesuarlarını da unutmaq olmaz. Kiçik bir çiçək dəstəsi isə qarşıladığınız Yeni ilə təravət, təmizlik, yenilik ab-havası qatacaq.
Azərbaycan mətbəxi hər zaman öz ləzzəti və bolluğu ilə seçilir. Və biz də bayramlarda növbənöv salatlar, isti və soyuq yeməklər, şirniyyatlar, meyvə və digər təamlardan çox dadırıq ki, bu da fiziki narahatçılığa səbəb olur. Ona görə də, həkimlər məsləhət görürlər ki, həddindən çox çeşidi bir arada yeməyin və az porsiyalarla qidalanmağa çalışın. Xüsusən də yüngül salatlar, balıq, soyutma yeməklər və meyvələrə üstünlük vermək məsləhətdir.
Azərbaycanda Yeni il süfrəsində hansı qidaların olması ilə bağlı inanclar yoxdur. Amma Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir.
Rusiyada Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər.
Macarıstanda da Yeni il süfrəsinə qaz, ördək, toyuq qoymurlar. Guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.
Almaniyada isə süfrəyə 12 ədəd soğan qoyurlar, amma yemək üçün yox, gələn ilin hava proqnozlarını müəyyənləşdirmək üçün. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğanı götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.
Kubada Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər kəs saatın zəngləri gecəyarısını vurduqda on iki gilə üzüm yeməlidir. Bu, o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq.
Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisinə daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yeni il süfrəsi necə olmalıdır?
30 Dekabr 2012 17:59
0 Şərh
Baxış: 21 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bu restoran gecə 4-ə qədər...
-
WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı
-
Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib
-
Sabah Bakının bu ərazisində saat 10:00-dan qaz OLMAYACAQ
-
Ramazandan sonra zərgərlik bazarında vəziyyət NECƏDİR?
-
Sabah bu rayonda qaz KƏSİLƏCƏK
XƏBƏR LENTİ
-
Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
-
Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - FOTO
-
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
-
Putin: Ermənistan eyni vaxtda Aİ və Aİİ gömrük ittifaqında ola bilməyəcək
-
"İlham Əliyev və Paşinyanın səyləri ilə vəziyyət sabitləşib"
-
Xaosdan bezib kəndə köçdü: Məşhur aktrisa orqanik həyatı seçdi - FOTO
-
Bu restoran gecə 4-ə qədər...
-
"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"
-
WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı
-
"Rasim Balayevin bu sözlərini UNUTMURUQ"
-
Əli Əsədov Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb
-
Putin və Paşinyan arasında görüş keçirilir - YENİLƏNİB
-
Bu ölkə Azərbaycanda səfirlik açacaq
-
Daha bir Xalq artistinin səhhəti ilə bağlı açıqlama
-
Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib
-
Fars körfəzində gərginlik: Tanker vuruldu
-
Nəsilləri birləşdirən musiqi: mart konsertlərinə baxış - FOTO
-
Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - VİDEO
-
Türkiyədə kuryer işləyən azərbaycanlı gənc öldürüldü
-
İran atəşkəs üçün ABŞ-yə müraciət edib?
-
Məşhur xanəndənin anasının bağışladığı üzük MÜZAKİRƏ YARATDI - VİDEO
-
“Qarabağ”ın müdafiəçisinə sanksiya
-
Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlandı
-
Sabah Bakının bu ərazisində saat 10:00-dan qaz OLMAYACAQ





