Cəmiyyət

İlan ilində doğulanların xasiyyəti necə olur?

21 Dekabr 2012 21:14
0 Şərh     Baxış: 17 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yeni doğulan körpənin gələcəkdə necə insan olduğunu bilmək mümkün deyil. Amma astroloqlar insanın doğulduğu ilə nəzər salaraq onun xarakterinin bəzi məqamlarını ehtimal edə bilərlər.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, qarşıdan gələn 2013-cü il ilan ilidir. Belə deyirlər ki, bu ildə dünyaya gələnlər, qabiliyyətli, ambisiyaları olan, məqsədyönlü insanlar olurlar. Onlar diqqətli, onların sözünə qulaq asılmasını sevirlər.

Astroloqların sözlərinə görə, bu xüsusiyyətlər demək olar ki, körpəlikdən özünü biruzə verir. Ona görə, ilan ilindən olan uşaqların hiyləgərliyinə, öz istədiklərini yeritməyə çalışmalarına hazır olmaq lazımdır. İlanlar yaxşı diplomatdırlar və kimlə necə dil tapmağı bilirlər.

İlan ilindən olanların sosiallaşma ilə bağlı problemləri olur, onların dostları elə də çox olmur. Onlar bir yerdə çox qalmağı, eyni işlə uzun müddət məşğul olmağı sevmirlər, darıxırlar. Amma maraqlı işlərdə onlardan səliqəli, işgüzar insan tapmaq çətindir.

Uşaq yaşlarında ilan ilində doğulan uşaqlar öz qərarlarını özləri vermək istəyirlər. Onlar çox enerjili olmurlar. Bunun üçün də onların çox yatmaq və yeməkləri lazımdır.

Mənfi cəhətləri isə hökmranlığa cəhd etmək istəyi, qərarsızlıqlarıdır. Əsəbləri və həzm sistemləri zəif olur.

İlan ilində doğulan məşhurlar: Dostayevski, Vladimir Mayakovski, Avraam Linkoln, Kim Besincer, Toni Bleyr, Con Kennedi, Nobel, Pablo Pikasso, Bred Pitt.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.