Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa hökuməti Fransanın Dənizaşırı ərazilərinə səfər etmək istəyən əcnəbilər üçün viza qaydalarını sərtləşdirir. Belə ki, Fransa öz ərazisində tətbiq olunan Şengen viza rejimindən fərqli olaraq, Dənizaşırı ərazilərə daha ağırlaşdırıcı giriş-çıxış və viza qaydaları tətbiq edir.
Bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, Fransa qanunvericiliyinə əsasən, Avropadan kənarda yerləşən Dənizaşırı ərazilər - Qvadelup, Martinik, Fransız Qvianası, Reyunyon, Mayot, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası) və Uollis və Futuna Şengen zonasının tərkibinə daxil deyil və Şengen vizasına malik olmaq, bir qayda olaraq, bu ərazilərə giriş üçün etibarlı hesab edilmir. Bu səbəbdən viza tələb olunan əcnəbilər Dənizaşırı ərazilərə səfər etmək üçün ayrıca viza almalıdır.
Fransa Dənizaşırı ərazilərdə viza rejimini sərtləşdirməsi ilə bu ərazilərdə törədilmiş müstəmləkə cinayətlərinin beynəlxalq səviyyədə ifşa olunmasının qarşısını almağa çalışır. Müstəmləkə ərazilərində yaşayan xalqların, yerli nümayəndələrin, media mənsublarının, tədqiqatçıların, hüquq müdafiəçilərinin və digər beynəlxalq iştirakçıların Dənizaşırı ərazilərə və həmin ərazilərdən beynəlxalq platformalara çıxışını əlavə viza və inzibati prosedurlardan asılı vəziyyətə salaraq, öz müstəmləkə cinayətləri və onun bu günədək davam edən nəticələri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasını çətinləşdirir.
Fransa bir tərəfdən bu əraziləri öz dövlət ərazisinin tərkib hissəsi kimi sayır, digər tərəfdən isə bu ərazilərə giriş-çıxışı və hərəkət rejimini "ayrıca hüquqi çərçivə" adı altında məhdudlaşdıraraq materik Fransa ilə Dənizaşırı ərazilər arasında inzibati fərqliliklər yaradır.
Eyni zamanda, əlavə viza və giriş prosedurları turistlərin, investorların, sahibkarların, tədqiqatçıların və digər xarici iqtisadi və ictimai aktorların Dənizaşırı ərazilərə çıxışını çətinləşdirərək turizm gəlirlərinin, investisiya axınlarının, biznes əlaqələrinin və regional iqtisadi əməkdaşlığın genişlənməsinə maneələr yaradır. Bu məhdudiyyətlər xüsusilə kiçik və coğrafi baxımdan təcrid olunmuş iqtisadiyyatlar üçün xarici bazarlara çıxış imkanlarını zəiflədərək onların regional iqtisadi inteqrasiyasını məhdudlaşdırır. Nəticə etibarilə, Karib, Sakit okean və Hind okeanı regionlarında yerləşən Fransanın Dənizaşırı əraziləri öz coğrafi qonşuları ilə iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi imkanlarından məhrum olur, əvəzində isə materik Fransadan maliyyə, ticarət və institusional asılılıqları daha da güclənir.
Qeyd edək ki, Fransa hökuməti Bakı Təşəbbüs Qrupunun əməkdaşlarına və onun xətti ilə Dənizaşırı ərazilərə səfər etmək istəyən şəxslərə viza verməkdən imtina edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib
-
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
-
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
-
Bakıda türk turist taksi çağırıb özü sürdü, sürücü isə yuxuladı - (Video)
-
Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
-
Paytaxtın 10 küçəsində tıxac var
XƏBƏR LENTİ
-
Balaca Banu belə dəyişib, illər sonra görüntüləndi - (Foto-Video)
-
Rusiyanın tanınmış aktrisası vəfat etdi - (Foto)
-
Polşada hava limanı qəfil bağlandı
-
Məscidə gedən Əkbər Əlizadə cərimələndi
-
Evində ölü tapılan türk aktyorun bu çıxışı yenidən gündəmə gəldi - (Video)
-
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib
-
Polisdən əməliyyat: 156 axtarışda olan şəxs saxlanıldı
-
Bakıda güclü külək 4 nəfəri xəstəxanalıq etdi
-
Bu bürclərin cibinə pul axacaq - Sentyabrın 22-dək...
-
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
-
Hacıqabulda ağır qəza: 2 nəfər öldü
-
İranda benzinin qiyməti ikiqat artırıldı
-
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
-
Qrizmannın ABŞ-də çətin anları: Yaş dəsmal, soyuq kompres...
-
Beyləqanda ağır qəza: Ölən var
-
Bakıda türk turist taksi çağırıb özü sürdü, sürücü isə yuxuladı - (Video)
-
Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
-
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
-
Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
-
Azərbaycan neftinin qiymətində kəskin artım
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Bu bürclərin sentyabrda qara günləri başlayır
-
Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
-
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı





