Avqust ayında müşahidə olunan hava açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avqust ayında ölkə ərazisində müşahidə olunan hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, 2026-cı ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0-5 dərəcə), 4 gün isə normadan aşağı (0-3 dərəcə) olub. Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.
Bakı və Abşeron yarımadasında avqust ayında maksimal temperatur avqustun 9-da 39 dərəcə isti (Maştağa), bölgələrdə isə avqustun 9-u və 10-da 40 dərəcə isti (Kürdəmir) qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında avqustun 31-də 19 dərəcə isti (Sumqayıt), yüksək dağlıq ərazilərdə isə avqustun 30-da 6 dərəcə isti (Şahdağ) olub.
Avqust ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 381 faizi olmaqla Quba - Qusar zonasına (Şahdağ - 250 mm) və aylıq normanın 305 - 617 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı - 19 mm, Çilov adası - 26 mm) düşüb.
Avqust ayı ərzində Kəlbəcər rayonunun mərkəzinə və İstisu qəsəbəsinin Alagöllər ərazisinə dolu, o cümlədən Bakı və Abşeron yarımadasının şəhərətrafı ərazilərində intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.
Avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 12 gün, bölgələrdə isə 28 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-ə çatıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qızı Lalə Azərtaşı belə sevindirdi
-
Hava dəyişir: Bu ərazilərdə yağış və duman olacaq - Proqnoz
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi başladı
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
-
Avqust ayında müşahidə olunan hava açıqlandı
-
Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin
XƏBƏR LENTİ
-
Almaniyada şirkətə hücum: İki bolqarıstanlı saxlanıldı
-
Əhməd Davudoğlu barəsində istintaq başladıldı
-
Qızı Lalə Azərtaşı belə sevindirdi
-
Hava dəyişir: Bu ərazilərdə yağış və duman olacaq - Proqnoz
-
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
-
İlon Maskın sərvəti bir ayda 202 milyard dollar artdı
-
Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü
-
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
-
"Beşiktaş" onunla da yollarını ayırdı
-
Gəmi qəzası ilə bağlı Şimali Kiprdə 3 azərbaycanlı saxlanıldı - (Foto)
-
Kiprdə batan gəmidə ürəkdağlayan hadisələr: Hər ikisi ailəsi üçün canını verdi - (Foto)
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi başladı
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
-
Avqust ayında müşahidə olunan hava açıqlandı
-
Azərbaycanda böyrəyini satmaq istəyən kişi cərimələndi
-
Putin pələnglə qarşılaşmasından danışdı
-
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb
-
Gömrükdə 654,9 karat brilyant tutuldu
-
Xalq artisti çimərlikdən görüntülərini yaydı - (Foto-Video)
-
Kreditinizi Birbank-a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin
-
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
-
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
-
Pul çatışmazlığı insan beynini dəyişir - Elmi araşdırma





