Cəmiyyət

Hava qəfil dəyişdi - Küləyin sürəti 26 m/s-yə çatıb - FAKTİKİ HAVA

2 İyun 2026 15:19
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatda qeyd edilib.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 26, Goranboyda 23, Mingəçevirdə 22, Tovuz, Şahdağda 20, Kəlbəcər, Bərdə, Ağdamda 18, Şabran, Tərtərdə 16, Lerik, Oğuz, Şəki, Yevlaxda 15 m/s-yə çatır.

Daşkəsən, Gədəbəy, Gəncə, Mingəçevir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Quba, Şahdağ, Qusar, Qax (Sarıbaş), Şabranda arabir yağış yağır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.