Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində "Ulu Öndər irsi - dövlətçilik və ordu quruculuğunun təməli" mözvzusunda tədbir keçirib.
Bu barədə Milli.Az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, Azərbaycanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur.
Daha sonra Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi - Raket və Artilleriya Qoşunları komandanı, general-leytenant Ağamir Sultanov tərəfindən artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıması qeyd olunaraq, artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıqları xatırlanıb, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmaları bildirilib.
Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.
Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Neymar Robinyonun oğlunu vurdu
-
Nəsrinin özündən 6 yaş kiçik həyat yoldaşı ilə toyundan VİDEO
-
Kəndlərdə doludur: qramı 100 manata satılır – FOTO
-
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB
-
Dəhşətli istilər gəlir - həyəcan təbili
-
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib - FOTO
-
Bu ərazilərdən uzaq durun
-
4 kənddə qaz olmayacaq
-
Bu yolda sürücülər əziyyət çəkir – Səbəb açıqlandı
-
Corcia Meloni Azərbaycana səfərə gəlib - FOTO
-
Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib - FOTO
-
ABŞ-ın ticarət gəmiləri Hörmüz boğazını keçdi
-
Bir "plastik cərrah" barədə protokol tərtib EDİLDİ
-
Gecələr dözülməz olan SƏS - Binada yaşamaq mümkün deyil
-
Bu imtahanın nəticələri elan EDİLDİ
-
Əhaliyə ŞAD XƏBƏR: Bu cərimələr silinə BİLƏR
-
Elgizin verilişinin yerinə bu proqram VERİLDİ - FOTO
-
İkardi bu kluba KEÇİR
-
Bezos yaxtasını görün neçəyə satır
-
Görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi milli musiqiustalarını bir araya gətirdi - FOTO
-
Banklara əmanət qoyanlar üçün vacib XƏBƏR: Kreditlər bahalaşır
-
İZ Community Bakıda Study in Kazakhstan beynəlxalq təhsil sərgisini təşkil edib - FOTO
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verdi
-
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtda yeni hərəkət qaydası tətbiq OLUNUR





