Aldığı planşeti qaytarmaq istədi, satıcı ağacın dibinə atdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə fəaliyyət göstərən "Smart Saat" adlı onlayn mağaza ilə bağlı vətəndaş narazılığı gündəmə gəlib. Belə ki, mağazadan planşet sifariş edən şəxs aldığı məhsulun elan edilən texniki göstəricilərlə uyğun gəlmədiyini iddia edir.
Milli.Az xəbər verir ki, şikayətçinin bildirdiyinə görə, o, 29 noyabr tarixində mağazanın "Instagram" səhifəsində paylaşılan planşet elanını gördükdən sonra satıcı ilə əlaqə saxlayıb və məhsulun 1 TB yaddaşa malik olub-olmamasını dəqiqləşdirib. Satıcıdan müsbət cavab aldıqdan sonra həmin gün sifariş verilib.
Lakin planşeti istifadə etməyə başlayarkən vətəndaş məhsulun yaddaş həcminin fərqli olduğunu aşkarlayıb. Onun sözlərinə görə, cihaz cəmi 512 GB yaddaşa malik olub:
"Quraşdırma zamanı şübhələndim. Daha sonra texniki göstəricilərə baxdım və gördüm ki, məhsul bir terabayt deyil", - deyə o bildirib.
Vətəndaş narazılığını mağazaya dəfələrlə çatdırdığını və məhsulu geri qaytarmaq istədiyini deyir. Onun iddiasına görə, bu tələb qəbul edilməyib:
"Dedim ki, heç olmasa qiymətini uyğunlaşdırın. Cavab verdilər ki, açılmış məhsul geri qaytarılmır".
Şikayətçi əlavə edib ki, planşeti qaytarmaq üçün mağazaya şəxsən müraciət etdikdə daha sərt münasibətlə üzləşib. Onun sözlərinə görə, əməkdaşlar planşeti mağazada qoyacağı təqdirdə çölə atacaqlarını bildiriblər. Məhz buna görə o, mağazaya daxil olduğu andan etibarən bütün prosesi videoya çəkib.
İddialara əsasən, daha sonra planşet mağazanın qarşısında ağacın dibinə qoyularaq şəkli çəkilib və müştəriyə göndərilib:
"Şəkil göndərib dedilər ki, gəlib məhsulunuzu buradan götürün", - deyə vətəndaş qeyd edib.
"Smart Saat" onlayn mağazasının əməkdaşı ilkin olaraq planşetin çölə qoyulması ilə bağlı deyilənləri inkar etsə də, sonradan verdiyi açıqlamada məhsulun mağazadan çıxarılaraq bayıra qoyulduğunu təsdiqləyib.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlayn alış-veriş zamanı bu cür problemlərlə tez-tez rastlaşılır. Onun sözlərinə görə, internet üzərindən yayımlanan reklamlar bəzən real məhsulla üst-üstə düşmür və bu, istehlakçılar üçün ciddi çətinlik yaradır.
Ekspert vurğulayıb ki, mövcud qanunvericilik istehlakçıların hüquqlarını qoruyur. Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, onlayn ticarət zamanı vətəndaş keyfiyyətsiz və ya sifarişə uyğun olmayan məhsulu 14 gün ərzində dəyişmək və ya geri qaytarmaq hüququna malikdir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası





