Cəmiyyət

“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı - FOTO

23 Sentyabr 2025 10:20
Baxış: 182
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

17-21 sentyabr 2025-ci il tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin Liderlik Akademiyası - 4" düşərgəsi keçirilib.

Beş gün davam edən düşərgə çərçivəsində gənclər "Sosial təşəbbüskarlıq və ictimai liderlik", "Effektiv ünsiyyət və konfliktlərin idarə olunması" kimi mövzular üzrə təlimlərdə və  "Gənclər üçün hüquqi savadlılıq - Liderliyin təməli" mövzusunda vəkillərin iştirakı ilə keçirilən panel müzakirədə iştirak ediblər. Proqramda həmçinin, "Parkur Challenge", "Xəzinə axtarışı", "Spagetti Qalası", Breyn Rinq kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptlərdə partilər təşkil olunub.

Zəngin məzmunu ilə seçilən düşərgə iştirakçıların liderlik bacarıqlarının inkişafına, komanda ruhunun möhkəmlənməsinə və dövlətçilik dəyərlərinə sadiq gənclər kimi formalaşmasına mühüm töhfə verib. Bağlanış mərasimində isə iştirakçılara sertifikatlar təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.