Cəmiyyət

Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı

11 Mart 2025 19:22
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 05:31-də, iftar vaxtı isə 18:59-a təyin olunub.

İmsak duası:

"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!"

Tərcüməsi:

"İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!"

İftar duası:

"Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!"

Tərcüməsi:

"İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!"

Allah orucunuzu qəbul etsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.