Cəmiyyət

COP29 vaxtı sms icazə olacaq? - RƏSMİ CAVAB

18 Oktyabr 2024 11:26
Baxış: 1 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP29 dövründə Bakıda toylara məhdudiyyət və ya SMS icazə sistemi tətbiq olunmayacaq.

Milli.Az bildirir ki, Trend-in məlumatlı mənbədən əldə etdiyi məlumata əsasən, COP29 zamanı toy və ya digər xüsusi tədbirlərə qadağa tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bildirilib ki, bütün obyektlər məhdudiyyətsiz fəaliyyət göstərəcək.

Həmsöhbətimizin sözlərinə görə, bu, digər söz-söhbətlərə də aiddir - tətbiq ediləcək hərəkət məhdudiyyətləri, SMS icazə sisteminin tətbiqi (karantin məhdudiyyətləri nümunəsi ilə) və sair.

"Yol hərəkəti ilə bağlı yalnız müəyyən məhdudiyyətlər var, onlar təhlükəsizlik tələbləri ilə bağlıdır", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, noyabrın 11-dən 22-dək COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.