Cəmiyyət

Azərbaycanlı zəvvarlar Həcc ziyarətini yerinə yetirirlər - FOTO

12 İyun 2024 10:34
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Həcc mövsümü başlayıb. Trend xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə azərbaycanlı zəvvarların Həcc Ziyarətində iştirakı təmin edilib.

Bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Azərbaycandan bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edib. 

Həcc ziyarəti üçün Azərbaycandan zəvvarlar iyunun 4-dən 10-dək qruplarla mərhələli şəkildə Məkkəyə yola düşüblər. 

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov Trend-ə müsahibəsində bildirib ki, Həcc Ziyarətinin qruplara müvafiq olaraq iyunun 29-dan iyulun 1-dək başa çatdırılması və Mədinə şəhərinin ziyarəti ilə yekunlaşdırılması nəzərdə tutulur. B.Nəcəfovun açıqlamasına görə, iyunun 23-dən Azərbaycanın Həcc missiyası Məkkədən Mədinə şəhərinə transfer edəcək. Azərbaycanlı zəvvarların  Mədinədə də 3 oteldə yerləşdirilməsi nəzərdə tutulub. İyunun 26-dan zəvvar qruplarının sıra ardıcıllığı ilə ölkəmizə qayıdışı başlayacaq. Sonuncu zəvvar qrupu Mədinədən 1 iyulda Azərbaycana qayıdacaq. 

Zəvvarlar ziyarət dövründə Həccin əməllərini mərhələlərlə yerinə yetirirlər. Zəvvarlara təyin edilmiş qrup rəhbərləri onlara bələdçilik etməklə bərabər, lazımi təlimatları verərək Həcc əməllərinin düzgün şəkildə yerinə yetirilməsinə nəzarət edirlər. 

Bəxtiyar Nəcəfov bildirib ki, azərbaycanlı zəvvarlar təməttüh Həccinin Ümrə ziyarətini yerinə yetiriblər, 13 - 15 iyunda isə Həccin vacib əməllərinə başlanılacaq. 

B.Nəcəfov onu da qeyd etdi ki, azərbaycanlı zəvvarlar  Məkkədə üç otelə yerləşdiriliblər. Onların Həcc ayinlərini yerinə yetirmələri, bir məntəqədən digərinə hərəkət etmələri, müvafiq nəqliyyatlar ayrılması təmin edilir, həmçinin zəvvarların səhhətlərin qaydasında olmasına da diqqət edilir. Bunun üçün azərbaycanlı zəvvarların olduğu otellərdə həkim qrupları fəaliyyət göstərir. QMİ-nin sədr müavininin sözlərinə görə, səhhətindən şikayəti olan zəvvarlar həmin həkimlərə müraciət edir və onlara ilkin tibbi yardım edilir. Lakin sağlıq durumunda ciddi problemi olan və ya səhhətinə görə ziyarətini dayandırmaq məcburiyyətində qalan zəvvar yoxdur. 

Qeyd edək ki, Həcc Ziyarəti Uca Allahın müsəlmanlara buyurduğu hökmlərindən və İslam dininin təməl şərtlərindən biridir.

Mərhəmətli və Rəhimli Rəbbimiz bütün müsəlman ümmətinin Həcc ziyarətini qəbul etsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.